» » İCRA BAŞÇISINDAN PREZİDENTƏ KÜTLƏVİ ŞİKAYƏT

İCRA BAŞÇISINDAN PREZİDENTƏ KÜTLƏVİ ŞİKAYƏT

Loading...

Göyçay sakinləri yollarının bərbad vəziyyətdə olduğunu deyir

Göyçay rayonu Nizami küçəsi dalan 14 sakinləri tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər saytımız vasitəsilə prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edirlər:

“Bu şikayətimizdə yazıb bildiririk ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə vəzifəsinin öhdəsindən gələ bilmir. Rayonda heç bir abadlıq işləri aparılmır. Bizim yaşadığımız Nizami küçəsi, dalan 14 yolu çox bərbad gündədir ki, burada nəinki piyada, hətta avtomobilər belə çətinliklə hərəkət edir. Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər. Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir.

Küçəyə asfalt örtüyü çəkilməsi üçün Göyçay rayon icra başçısı Mehdi Səlimzadəyə dəfələrlə ərizələrlə müraciət etmişik, sakinlər bir yerdə qəbulunda olmuşuq, ancaq heç bir tədbir görmək istəmir.

Nizami küçəsi şəhərin mərkəzində yerləşir. Ancaq laqeydlik nəticəsində ən ucqar kəndin yolundan da pis vəziyyətdədir. Buna görə də biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik ki, Göyçay şəhəri Nizami küçəsi dalan 14-ün yoluna asfalt çəkilməsinə köməklik göstərəsiniz.

Biz Prezident İlham Əliyevə və Mehriban xanıma inanırıq. İnanırıq ki, bizim bu problemin həll edilməsinə göstəriş verəcəksiniz”.

Qeyd edək ki, məktuba Göyçay rayonu Nizami küçəsi dalan 14-ün aşağıdaadaları sadalanan sakinləri imza atıb.

1. Qurbanov Anar Elton oğlu əlaqə telefonu;

2. Qasımov Elman Fərman oğlu

3. Məhərrəmov Ruslan Məhərrəməli oğlu        

4. Zülfüqarova Şərqiyyə Əlisahib qızı                                                                                                                         5. Qədirov Rəhim Bəşir oğlu 

6. Məmmədov Rahil Firuddin oğlu        

7. Həsənov Orxan Fikrət oğlu                                               

8. Umudova Fatma Musaqızı                                                                                                                                   9. Qasımova Dilşad İbrahim qızı

10. Məmmədov Anar Müşfiq oğlu

11. Umudov Əziz Talıb oğlu

12. Əliyeva Sitarə Muxtar qızı

13. Qasımov Siyavuş Fərman oğlu

14. Adilova Xuraman Ağaələkbər qızı

15. Məmmədova Sədəf Rumxan qızı

16. İbrahimova Yavər Ata qızı

17. Qurbanov Şaiq Faiq oğlu

18. Məmmədova Göyçək Şakir qızı

19. Məmmədova Qızxanım Rəsul qızı

20. Məmmədova Xəzangül Məmməd qızı

21. Məmmədov Ramil Rahil oğlu

22. Məmmədova Səhər Usub qızı

23. Məmmədov Müzəffər Mövlan oğlu

24. Məmmədova Ayşən Rahil qızı

25. Qasımova Fatma Qulam qızı

26. Məmmədova Qələmnaz Rəşid qızı

27. Məhərrəmova Zəminə Həmzə qızı

28. Qurbanov Elton Faiq oğlu

29. Qurbanova Şəhanə Faiq qızı

KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA