» » İttiham olunan tərəf məhkəmə prosesinə buraxılmadı - SİFARİŞLİ QƏRARA HAZIRLIQ

İttiham olunan tərəf məhkəmə prosesinə buraxılmadı - SİFARİŞLİ QƏRARA HAZIRLIQ

Loading...

“Hürriyyət”in ötən sayında “Bakı sakininin 17 illik torpağına kimlər sahib olmaq istəyir?” sərlövhəli yazıda qeyd etmişdik ki, vətəndşın 17 ildir istifadəsində olan torpaq sahəsinin ələ keçirilməsində yüksək səlahiyyətli məmurun adı hallanır. Hansı ki, bu faktla bağlı oktyabrın 26-da Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 84, mənzil 4-də yaşayan Tağıyeva Natiqə Rüstəm qızı qəzetimizin redaksiyasına müraciət etmişdi. Qəzetimiz vasitəsilə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məmur özbaşınalığından şikayət edən N.Tağıyeva, Suraxanı rayon Polis İdarəsi və “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz əməllərindən bəhs edirdi.

Şikayətçi yazırdı ki, Kərimova Rəna Müştəba qızı adlı vətəndaş Suraxanı rayonunun müvafiq idarələri tərəfindən verilən saxta sənədlər əsasında 17 ildir istifadəsində olan ərazinin guya ona aid olduğunu iddia edir. Ən maraqlısı isə odur ki, vətəndaş Kərimova Rəna Müştəba qızı ilə “Riyad” arasında bağlanmış saxta müqavilə sənədində mühafizə xidməti Suraxanı rayonu, Qaraçuxur qəsəbəsini qorumağı öz üzərinə götürüb. Yəni torpaq sahəsinin ünvanı göstərilmir. Çünki həmin “sənədlərdə” də torpağın ünvanı kimi sadəcə “Qaraçuxur qəsəbəsi” göstərilir.

Üstəlik, sözügedən torpaq sahəsinə “Azərişıq” ASC tərəfindən qanunsuz olaraq qoyulan sayğac da tamamilə fərqli ünvana qeydiyyatdadır. Bu səbəbdən də elektrik enerjisinə görə borc qəbzləri sayğac qoyulan əraziyə deyil, qəsəbənin fərqli ünvanına göndərilir.

Əslində isə, sözügedən torpaq sahəsi 2000-ci ildə Natiqə Tağıyevaya qanuna müvafiq qaydada Nizami Bələdiyyəsi tərəfindən verilib. Torpaq sahibləri 2002-ci ildə həmin ərazini hasara alıblar. 2003-cü ildə içərisində 1 otaqlı ev tikiblər və bu zaman aidiyyatı qurumlardan tikintiyə razılıq da alınıb. 2015-ci ildə N.Tağıyeva həmin torpaq sahəsini gəlini Əliyeva Nuranə Fəzail qızının adına keçirib. Bu müddət ərzində, yəni 2000-ci ildən etibarən hər il torpaqdan istifadəyə görə Bələdiyyənin “Kapital Bank”dakı hesabına dövlət rüsumunu ödəyiblər. Ötən yazımızda da qeyd etdiyimiz kimi, 2017-ci ilin fevral ayınadək həmin əraziyə kimsə iddia etməyib. Sonradan özünü Nizami kimi təqdim edən, əsl adının isə Abbasov Şirin olduğu müəyyən edilən vətəndaş əraziyə gələrək həmin torpaq sahəsinin ona məxsus olduğunu idda edib. Hansı ki, o, Suraxanı rayon Polis İdarəsinə də müraciət edərək, həmin ərazinin ona məxsus olduğunu bildirib. Halbuki, həmin torpaq sahəsi Suraxanı rayonunun deyil, Nizami Bələdiyyəsinin balansındadır.

Buna rəğmən, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları ailə üzvlərinə təzyiq göstərərək, onların qanuni torpaq sahəlsinin kənar şəxslər tərəfindən ələ keçirilməsinə yardımçı olmağa çalışıb. Lakin onların bu planı baş tutmadıqdan sonra Kərimova Rəna Müştəba qızı adlı vətəndaş ortaya çıxaraq torpağa iddia edib. Daha doğrusu, bu vətəndaşın özü ortada olmasa da, Suraxanı rayonunun müvafiq qurumları tərəfindən verilən saxta sənədlərdə onu adı keçir. Ortada olan isə, ilk vaxtlar özünü “torpa sahibinin” qardaşı kimi təqdim edən Kərimov Natiq Kərimxan oğludur. Sonradan isə bəlli oldub ki, əslində Natiq Kərimov Rəna Kərimova ilə bacı-qardaş deyil, onlar ər-arvaddır...

Qeyd edək ki, noyabrın 10-da Suraxanı rayon Məhkəməsində iddiaçı tərəfin şikayətinə baxılıb. Maraqlıdır ki, torpaq qalmaqalı ilə bağlı keçirilən prosesdə ittiham olunan tərəfin iştirakına imkan verilməyib. Yəni prosesin qapalı keçirildiyi (?) iddia olunaraq, sadəcə iddiaçı tərəfin məhkəmədə iştirakına şərait yaradılıb. Bu baxımdan, ittiham olunan tərəf güman edir ki, 17 ildir qanuni qaydada istifadələrində olan torpaq sahəsinin ələ keçirilməsində yüksək rütbəli məmurun adı hallandığından, məhkəmə hökmü ədalətli olmayacaq.

Onu da qeyd edək ki, növbəti məhkəmə prosesi noyabrın 20-də keçiriləcək.

Bütün bunlar öz yerində. Maraqlıdır ki, saxta sənədlərlə vətəndaşın torpağına sahib çıxamağa çalışan Kərimova Rəna Müştəba qızı “Hürriyyət”in bu faktı ictimailəşdirməsindən narahat olaraq, bizə qarşı da məhkəmə iddiası qaldırıb. Özü də nə az, nə çox, düz 50 min AZN tələb irəli sürür...

Təbii ki, bütün bunlara rəğmən, biz öz araşdırmamızı davam etdirəcəyik. Və növbəti sayımızda biləcəksiniz ki, özünü “Nizami” kimi təqdim edən Şirin Abbasov sonradan iddiasından necə əl çəkdi? Və yaxud Natiq Kərimov nə üçün özünü Rəna Kərimovanın “qardaşı” kimi təqdim edib? Bu şəxslərin arxasında kim dayanır və onların nə kimi maraqları var və s...

RƏŞAD, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA