» » Şəhid övladı ölkə başçısına müraciət etdi - “600 manat zəhmət haqqımı vermək istəmirlər”

Şəhid övladı ölkə başçısına müraciət etdi - “600 manat zəhmət haqqımı vermək istəmirlər”

Loading...

Zərdab rayonu Məlikumudlu kənd sakini, şəhid övladı Zərbəliyev Cahid Zabit oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif kənd icra nümayəndəsindən şikayət edir:

“Mənim atam Zərbəliyev Zabit Kamil oğlu polis serjantı işləyib. 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Atam şəhid olanda mənim 2 yaşım var idi. İndi isə traktor sürüb ailəmi əlimin zəhməti ilə dolandırıram. Ancaq halal zəhmət haqqımı ala bilmədiyim üçün mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət etməyi qərara aldım.

Belə ki, Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun tapşırığı ilə fermer Abdullayev Bəhram Şahlar oğluna məxsus 10 hektar torpaq sahəsini şumlayıb, bir neçə dəfə malalamışam. Buna görə, əvvəldən danışdığımız 600 manat zəhmət haqqımı vermək istəmirlər.

Bu ilin aprel ayı tarixindən məni “sabah”, “sabah” deyə-deyə aldadıb süründürməçiliyə məruz qoyub, pulumu vermək istəmirlər”.

Şikayətçi deyir ki, bu məsələ ilə bağlı Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudovanın qəbulunda olub,  şikayət etsə də, heç bir tədbir görülməyib:

“Ailəmiz genişdir, gözümüzü dikdiyimiz tək həmin traktordan gələn gəlirdi ki, bunu da Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovla, keçmiş polis əməkdaşı fermer Bəhram Abdullyev vermək istəmirlər.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm, şəhid ailəsini aldadıb zəhmət haqqını mənimsəyib verməyən Zərdab rayon Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun və fermer Bəhram Abdullyevin barəsində tədbirlər görəsiniz. Onların maddi imkanları çox geniş olsa da, şəhid ailəsinin pulunu mənimsəməyi üstün tuturlar. Şəhid ailəsinin işlədib, aldadıb zəhmət haqqını mənimsəyən şəxsdən dövlət qulluqçusu olmaz. Xahiş edirəm bizə köməklik edin”.

KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA