» » Yardımlıda 23 yaşlı qadını öldürən şəxsin apellyasiya şikayəti təmin edilmədi

Yardımlıda 23 yaşlı qadını öldürən şəxsin apellyasiya şikayəti təmin edilmədi

Loading...

Şirvan Apellyasiya Məhkəməsində Yardımlıda qadını boğaraq öldürən şəxsin apellyasiya şikayətinə baxılıb.

Hurriyyet.org xəbər verir ki, hakim  Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Yardımlı rayonu Telavar kənd sakini Təhməzov Niyazi Baxas oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu ilin aprelində Yardımlı rayonunun Telavar kəndi ərazisində 37 yaşlı Təhməzov Niyazi Baxas oğlu tanışı 23 yaşlı Babayeva Natəvan Azəddin qızını onunla mübahisə zamanı boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib.

Öldürülən qadının N.Təhməzovla münasibətinin olduğu üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və aprelin 13-də meyiti gizlətdiyi yeri göstərib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Təhməzov 18 il müddətinə azadlıqdan məhrum edilib./apa/

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA