» » Rusiya MN: “ABŞ yalandan özünü İŞİD-lə mübarizə aparan kimi göstərib əslində onu himayə edir”

Rusiya MN: “ABŞ yalandan özünü İŞİD-lə mübarizə aparan kimi göstərib əslində onu himayə edir”

Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Suriyada terroru dəstəklədiyini iddia edən bəyanat verib. Bəyanatda deyilir ki, ABŞ, özünü İŞİD ilə mübarizə edirmiş kimi göstərdiyi halda, əslində özünün Yaxın Şərqdəki maraqları naminə İŞİD terror təşkilatının dəstələrinin fəaliyyətinin üzərini örtür.

Qeyd edək ki, BBC-nin xüsusi araşdırması 250 İŞİD terrorçusu ilə ailələrinin ABŞ ilə İngiltərənin lideri olduqları koalisiya ilə PKK terror təşkilatının Suriyadakı qolu YPG-nin lideri olduğu SDQ-nin keçirdikləri birgə əməliyyat nəticəsində Rakkadan təhlükəsiz bir şəkldə çıxarıldığını aşkar eləmişdi.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Bu faktlar onu göstərir ki,  Birləmiş Ştatlar dünya birliyinin gözü qarşısında özünü beynəlxalq terrorla barışmaz mübarizə aparmış kimi göstərdiyi halda, əslində İŞİD-in döyüş qabiliyyətli dəstələri üzərində örtük rolunu oynayaraq, onların döyüş qabiliyyətinin bərpasına, yenidən qruplaşmasına  və onlardan Yaxın Şərqdə Amerikanın maraqları üçün istifadə edilməsinə çalışır”.

Bu gün Rusiyanın Müdafiə Nazirliyi terrorçuların Əl-Bukemaldan Suriya-İraq sərhədində yerləşən Vadi əs-Cabha istiqamətində kilometrlərlə uzanan köç karvanının fotosunu yayıb. Foto noyabrın 9-da Rusiyanın pilotsuz uçuş aparatları vasitəsilə çəkilib. Nazirliyin məlumatına görə, ötən həftənin sonunda Suriya hökumət qüvvələrinin Rusiya Hava Kosmos Qüvvələrinin dəstəyi ilə aparıldığı Əl-Bukemalın azad edilməsi əməliyyatı nəticəsində ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyanın İŞİD terrorçuları ilə birbaşa əlaqədə olması və onları dəstəkləməsi faktları aşkara çıxıb.

Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA