» » AMEA Botanika İnstitutunun gənc alimi Yaponiyada təqaüd proqramını bitirib

AMEA Botanika İnstitutunun gənc alimi Yaponiyada təqaüd proqramını bitirib

Loading...

 AMEA Botanika İnstitutunun gənc mütəxəssisi, k.e.i. Lamiyə Abbasova 1 noyabr 2016-31 oktyabr 2017-ci il tarixinədək Yaponiyanın Tsu şəhərində yerləşən Mie Universitetində elmi ezamiyyətdə olub.

Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə,  Ezamiyyət Yaponiyanın Osaka şəhərində yerləşən Fermentasiya İnstitutunun (Institute of Fermentation, Osaka, IFO) xarici tələbələr üçün təşkil etdityi təqaud  proqramı çərçivəsində baş tutub. L.Abbasova Mie Universitetinin “Bitki Patologiyası” laboratoriyasında Prof. Susumu Takamatsunun rəhbərliyi altında “Ağac bitkiləri üzərində yayılan unlu şeh göbələklərinin tədqiqatı və taksonomik statusu şübhəli bəzi növlərin təyin olunması” layihəsi üzrə tədqiqatlar aparıb. Son illər ərzində Azərbaycanın müxtəlif regionlarından toplanılmış yeni herbari nümunələri, həmçinin Yaponiyanın müxtəlif ərazilərindən toplanılmış və Mie Universitetinin mikoloji herbarisində saxlanılan herbari nümunələri morfoloji və molekulyar üsullarla araşdırılıb və identifikasiya edilib. Azərbaycan üçün yeni unlu şeh növləri və bu göbələklər üçün yeni sahib bitkilər müəyyən edilib. Herbari nümunələri həm Mie Universitetin (TSU-MUMH), həm də AMEA Botanika İnstitutunun mikoloji herbarisinə (MH), sekvens məlumatları isə Yaponiyanın DNT məlumat bazasına (DDBJ; DNA Data Base of Japan) depozit edilmişdir. 

 

 

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA