» » Məşhur aktyorun həyat yoldaşı: “Kamal susmağım üçün mənə pul verirdi”

Məşhur aktyorun həyat yoldaşı: “Kamal susmağım üçün mənə pul verirdi”

Loading...

Türk kinosunun ulduzu Kamal Sunalın həyat yoldaşı Gül Sunal 65 yaşında səhnəyə çıxır.

65 yaşlı gənc istedadam

Hurriyyet.org-un  Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, qızının ad günündə özü demiş, “şirinlik olsun” deyə göstərdiyi çıxışı komediya festivalının proqramına daxil edilib. “Mən gənc istedadam” deyən xanım  müsahibə verərək həm sərgildiyi şousundan, həm ailənin son komediya ustası olmasından və Kamal Sunaldan danışıb.

Ad gününə şirinlik

Öncə səhnəyə çıxmasını anladıb: “Bu şouya heç hazırlaşmadım. Ezonun doğum günüdə ona bir şirinlik eləyim, dedim. Yığcam bir ortam idi. Dostlarımız toplaşmışdı. Spontan olaraq bəzi şeylər ifa elədim. Hamı çox bəyəndi. Yenə belə toplaşarıq, hamımız gələrik” dedilər. İlk vaxtlar heç istəmirdim ki, bu haqda hamı bilsin. Amma doğum günümdə istəkləri nəzərə alıb yenidən səhnəyə çıxdım”.

17 il acılarla yaşadım

Komediya Festivalına qatılmağı tam təsadüf nəticəsində olub: “Həmin çıxışım zamanı Necati Akpınarla Gülçin Salacan da izləyənlər arasındaydı. Onlar təkid elədilər ki, festivalda çıxış eləyim. Mən də qəbul elədim. Həyatımı rəngləndirməyə çalışıram. Çünki həqiqətən hamımız çox ağır yaşayırıq. Həyatımızdakı yaşadığımız açılar unudulmur, küllənmir. Amma açılarla yaşamağa alışdıqdan sonra başqa şeylər etmək istəyirsən. Mən 17 ildir açılarla yaşamağa öyrənmişəm. Həm də heç bir şey üçün həyatda gecikmədiyimizi göstərməyə çalışdım”.

Uşaqlarım mənə inanmadı

“Komediya ustası atalarından sonra analarının 65 yaşında səhnəyə çıxmasını övladları çox təəccüblə qarşılayıblar: “Əli ilə Ezo çox təəccübləndilər.  Onlara “şoum var” dedim,  inanmadılar. “Yer qalmayıb”. Təbii ki, onlar sevindilər, onlar üçün də motivasiya oldu. Heç bir övlad anasını saxantılı görmək istəməz.  Nikbin həyata dönük nələrsə yaşadığını görəndə onlar da özlərini xoşbəxt hiss edirlər”.

Kamal sağ olsaydı, səhnəyə çıxmağıma...

“Kamal Sunal həyatda olsaydı, sizin səhnəyə çıxmağınıza nə deyərdi, sizcə” sualını isə Gül Sunal belə cavablayıb: “Əminəm, çox gülərdi. Xoşuna gələrdi. Danışmaq qədər gözəl şey yoxdur. Mən susum deyə Kamal mənə pul verirdi. Həmin şouda bu haqda da danışıram. 5 dəqiqədən artıq dayana bilmirdim. Bəlkə də “send-up” seçməyimin əsl səbəbi elə budur. İndi bol-bol danışa bilirəm. İndi danışım deyə pul verirlər. (gülür)”

Komediya ciddi işdir, zəka tələb edir

Müsahibədə mərhum həyat yoldaşının xasiyyətindən də danışıb: “Kamal Sunalı qaşqabaqlı adam kimi tanıyırdılar. Amma əslində çox zarafatcıl idi. Güvəndiyi insanların içərisində çox rahat idi. Adamın kefini açırdı. Mən ən çox Kamala gülərdim. İndi Əli ilə Ezoya.  Mən komikliyi yox, komediyanı sevirəm. Ağzı, burnu, qulaqları ilə məzhəkə çıxaranları sevmirəm. Komediya ciddi işdir, zəka tələb edir”.

Altunay, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA