» » Rusiya MN: ABŞ İŞİD-i vurmur, onu himayə edir – Yaxın Şərqdə istədiyi sistemi qurmaq üçün ondan istifadə edir

Rusiya MN: ABŞ İŞİD-i vurmur, onu himayə edir – Yaxın Şərqdə istədiyi sistemi qurmaq üçün ondan istifadə edir

Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ın Rusiyanı özünə düşmən bildiyini söyləyib. Bundan başqa, Rusiyanın Müdafiə Nazirliyi isə ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyanın İŞİD-i dəstəkləməsinin aşkara çıxdığını bildirib.

Medvedev ABŞ-ın yeni sanksiyaları məsələsindən bəhs edərkən Rusiyanın bütün məhdudiyyətlərə hazır oduğunu, bu sanksiyaların isə ABŞ-ın Rusiyanı düşmən elan eləməsi demək olduğunu, hazıra ABŞ-Rusiya əlaqələrinin son onilliklərdəki ən aşağı səviyyəyə düşdüyünü deyib.

ABŞ İŞİD-i himayə edir

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə İŞİD-in Suriyadakı son dayanacağı olan Əbu Kamal qəsəbəsində aparılan əməliyyatdan sonra ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın əslində İŞİD-i dəstəklədiyi həqiqətinin aşkara çıxdığı bəyan edilir.

Rusiya Müdafiə Nazirliyi, noyabrın 9-da Rusiya ordusunun zərbələrindən qaça bilmiş İŞİD yaraqlılarının Deyr əz-Zorun Əbu Kamal məntəqəsindən Suriya-İraq sərhədindəki Sabha vadisinə doğru kilometrlərlə uzananan maşınla köç karvanlarının Rusiyanın pilotsuz uçuş aparatları vasitəsilə çəkilən fotolarını yayıb.

 “Amerikalılar İŞİD yaraqlılarını vurmaq təklifini rədd elədilər”

Rusiya MN öz hərbi qruplarının beynəlxalq koalisiyaya iki dəfə müraciət edərək, Fərat çayının şərq sahilindəki İŞİD karvanlarını məhv eləmək üçün birgə əməliyyat keçirməyi təklif elədiklərini bildiriblər. Nazirliyin açıqlamasında deyilir: “Lakin amerikalılar Cenevrə sazişini bəhanə edərək, “könüllü təslim olublar” deyə, İŞİD yaraqlılarını vurmağı qətiyyətlə rədd elədilər”.

“Terrorçuların vurulmasına mane olmağa çalışdılar”

Nazirlik koalisiya qüvvələrinin Əbu Kamaldakı İŞİD yaraqlılarını qorumaq üçün Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyatlarına mane olmağa çalışdıqlarını da bildiriblər.

“ABŞ İŞİD-dən öz mənfəəti üçün istifadə eləmək istəyir”

MN-in bəyanatında deyilir: “Koalisiyanın buna bənzər addımları Suriya ordusunun Əbu Kamaldakı güclü əməliyyatının Vaşinqtonun Fəratın şərq sahillərindəki bölgələri idarə eləmək üçün ABŞ tərəfdarı olan idarəçilik sistemlərini qurmaq planlarını pozduğunu göstərir. Əldə olunan faktlar terrorla mübarizə immitasiyası edən ABŞ-ın əslində İŞİD-i Yaxın Şərqdəki mənafeləri üçün istifadə eləmək üçün qoruduğunu mübahisəsiz şəkildə aşkara çıxarır”.

Bu yaxınlarda İŞİD-in Suriyanın Rakka şəhərini ABŞ-ın dəstəklədiyi PKK/YPG-yə təhvil verməsi də İŞİD-in ABŞ-ın Böyük Yaxın Şərq layihəsinin bir hissəsi olmasının və Rusiya MN-in açıqlamalarının isbatıdır.

Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA