» » Yıldırım ABŞ-ı qınadı: “İŞİD silahını götürüb sərbəst şəkildə getdi, yerinə YPG, PKK gəldi. Budurmu ağıllı siyasətiniz, strateji əməkdaşlığınız?”

Yıldırım ABŞ-ı qınadı: “İŞİD silahını götürüb sərbəst şəkildə getdi, yerinə YPG, PKK gəldi. Budurmu ağıllı siyasətiniz, strateji əməkdaşlığınız?”

Loading...

“Rakkada onları təmziləmədiniz. İndi İŞİD terrorçuları dünyanın hər yerinə yayılacaqlar”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıdırım bu gün Türkiyə Böyük Millət Məclisində çıxış edib.

O deyib: “Rakkada İŞİD terrorçularını təmizləmək əvəzində, İŞİD terrorçularının öz silahları ilə birlikdə şəhərdən çıxmalarına dəstək olublar. 50 ədəd TIRın 10 ədədi müxtəlif növ ağır silahlarla yüklənmiş vəziyyətdə, karvan şəklində, İŞİD terror təşkilatının üzvləri Rakkanın şimalından çıxıblar, heç kim onlara dəyib-toxunmayıb. Biz Amerikaya demişdik ki, bir terror təşkilatının əli ilə başqa bir terror təşkilatının məhv olması üçün mübarizə aparmaq dövlətlərə yaraşan hərəkət deyil. Oradan silahları ilə birlikdə azad şəkildə buraxılan İŞİD üzvləri başda Türkiyə olmaqla, Avropa, Amerika ölkələrində və kim bilir, dünyanın hər hansı bir tərəfində məsum insanların qətlinə səbəb olacaqlar.

Terror təşkilatlarına qarşı dövlətlər əməkdaşlıq eləməlidirlər.

İŞİD terrorçuları sərbəst və silahlı şəkildə getdi, yerinə YPG, PKK terrorçları gəldi. Budurmu ağıllı siyasətiniz?

Budurmu strateji əməkdaşlığınız? Türkiyə bir daha haqlı çıxdı. Bizim məqsədimiz haqlı çıxmaq yox, bölgəni terror bəlasından qurtarmaqdır. İndi orada küncə sıxışdırdığınız terror təşkilatlarını buraxdınız, onları tək-tək dünyanın müxtəlif yerlərində tutub zərəsizləşdirməliyik. Bütün bunların əziyyətini insanlar çəkir. Türkiyə çəkr. Bizim Suriya ilə 911 kilometrə qədər sərhədimiz var”.

Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA