» » NASA və Uber hava taksilərinin istehsalına başlayacaq

NASA və Uber hava taksilərinin istehsalına başlayacaq

Loading...

Noyabrın 8-də Uber və NASA arasında uçan taksilərin yaradılması haqda müqavilə imzalanıb.

Hurriyyet.org xəbər verir ki, Bu halda NASA ABŞ meqopolisinin səmasında yalnız effektli deyil, həm də təhlükəsiz idarə olunan yüzlərlə, gələcəkdə minlərlə uçan maşınlarla təmin etməli olacaq.

Uber uçuş aparatlarını aviaşirkətlərin yardımı ilə hazırlamağı nəzərdə tutub. Müqavilə sahibləri nəhəng layihədə  ilk olaraq  bu işdə təcrübəli olan “Embraer” yaxud “Aurora Flight Sciences” kimi şirkətlərlə çalışmağı planlaşdırır.

Hava taksilərinin hazırlanmasında əsasən elektrik çəkicilik, vertikal uçuş – eniş və səsin minimallığı nəzərdə tutulub.

Hava taksilərinin eniş meydançası isə meqapolislərdəki göydələnlərin damında düzəldiləcək.

Yeri gəlmişkən, hava taksilərini ilk olaraq Los-Ancelos qəbul edəcək.

“Uber”in  baş direktoru Cem Holden bildirib ki, ilk hava test taksisi 2020-ci ildə Los - Ancelsin səmasında uçaçaq. Kommersiya layihəsi kimi isə şəhər uçuş aparatları 2023-cü ildə istifadəyə veriləcək. 2028-ci ldə isə bu şəhər Olimpiada oyunlarına gələn əcnəbi qonaqlarını bu unikal nəqliyyat vasitəsi ilə tanış edə biləcəklər. Həmin müddətdə UberAir şəhər və ətraf ərazilərə onlarla reyslər açacaq.

Hava taksilərinin qiyməti təqribən 10-15 dəqiqəlik yol  üçün 130 dollar olacaq. “Uber-Air” gələcəkdə bu məbləğin 50 dollardan baha olmamasına çalışacaqlarını bildirib.

Altunay, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA