» » İRANDA ZƏLZƏLƏ ƏHMƏDİNEJADIN BOYNUNA QOYULDU – Sabiq prezidentin tikdirdiyi evlər kabusa çevrilib

İRANDA ZƏLZƏLƏ ƏHMƏDİNEJADIN BOYNUNA QOYULDU – Sabiq prezidentin tikdirdiyi evlər kabusa çevrilib - ARAŞDIRMA

Loading...

“Al-Monitor” (ABŞ)

Noyabrın 11-də 7,3 bal gücündə zəlzələ İran və İraq arasındakı sərhəd bölgəsini sarsıtdı və təbii fəlakət, İranın qərb hissəsində ən azı 530 nəfərin ölümünə səbəb oldu. Ən çox itki Kermanşah əyalətində yerləşən Sərpol-e Zohab şəhərində meydana gəldi.

Kermanşah əhalisi və güclü zəlzələdən təsirlənən ərazilərdə əsasən kürdlər yaşayır. Bu, İran mətbuatının diqqətini çəkib və onlardan bəzisi ilk səhifələrində yerli sakinlərə öz rəğbətini nümayiş etdirmək üçün reportajlar və şərhlər dərc edib.

Qeyd edək ki, İranda təxminən 6 milyon kürd yaşayır, onların bir hissəsi şiə, digər hissəsi sünnidir.

Noyabrın 14-də prezident Həsən Ruhaninin vəziyyətə şəxsən nəzarət etmək üçün Kermanşaha yollanıb. Ruhani hökumətin zəlzələdən sonra baş verən bütün problemləri həll edəcəyinə söz verib.

Yüzlərlə ev tamamilə məhv edildiyindən və hava soyuq olduğundan çadırlar və içməli suya böyük tələbat yaranıb. Bu, bir sıra KİV-lərin Kermanshah əyalətində baş vermiş fəlakətdən sonra insanların yeni evlərə köçürülməsində astagəl hərəkətə görə hökuməti ittiham etməsinə zəmin yaradıb.

İranın təhlükəsizlik qüvvələri, nizami ordu və İslam İnqilabçı Keşikçiləri Korpusu zəlzələdən xəsarət alanlara və evsiz adamlara kömək edir.

Məşhur idmançılar və sənətkarlar Kermanşah sakinləri üçün ianə toplamaq və yardım göstərmək üçün ayrı-ayrı kampaniyalara başlayıblar. İran milli futbol komandasının keçmiş kapitanı Əli Daei kampaniyanı başlamış tanınmış şəxslərdən biridir.

Zəlzələdə dağılan və ziyan görən çox sayda ev sabiq  prezident Mahmud Əhmədinejadın (2005-2013) dönəmində tikilib. Bunu ölkənin hazırkı birinci vitse-prezident İshaq Cahangiri də təsdiqləyib.

Əhmədinejadın prezidentlik dövründə əhalinin ucuz qiymətli mənzillərlə təmin etmək üçün böyük bir plan hazırlamışdı. Bu təşəbbüs uzun müddət inşaatın aşağı keyfiyyətinə və digər məsələlərlə bağlı geniş tənqidlə qarşılaşmışdı.

2013-cü ildə vəzifəyə gəldikdən sonra “Mehr Mülkiyyət Sxemi”nin tənqidçilərindən olan Ruhani, bu planına qarşı çıxmasına baxmayaraq, vəd edilmiş evlərin tikintisini tamamlamağa borclu olduğunu bildirib. Lakin yol və şəhərsalma üzrə nazir Abbas Axundi, İran iqtisadiyyatına mənfi təsir göstərən və evlərin qiymətində artımı nəzərə alıb, onu "absurd plan" adlandıraraq sxemə qarşı çıxıb.

İndi mühafizəkar qəzetlər və jurnallar “Mehr Mülkiyyət Sxemi” ilə əlaqədar susur və hökumətin insanlara yardım göstərməsində sürət çatışmazlığından şikayət edir, islahatçı qəzetlər isə Əhmədinejadı nişan verərək, onu Kermanşahda çox sayda adamın ölümündə ittiham edirlər.

Bu baxımdan islahatçı qəzet “Həmdeli” noyabrın 14-də yazıb ki, “"Mehr Mənzili" guya kasıbların xeyrinə idi, halbuki o, sabiq administrasiyanın pis idarəçiliyinin nümunəsidir". Məqalədə deyilir: “Mahmud Əhmədinejad və "Mehr Mülkiyyət"in qurulması ilə məşğul olan bütün şəxslər və bu layihələrin bir hissəsi olan bütün podratçıların ədalət məhkəməsi qarşısına çıxarılmalıdır".

Əlavə olaraq, "Mehr Mulkiyyəti kabusu" başlıqlı məqalədə islahatçı gündəlik “Şərq” qəzeti iddia edib ki, zəlzələdən sonra vilayətin digər yerlərində “Mehr” mənzillərində yaşayan insanlar evlərini tərk edib. Sərpol-e Zohab şəhərində “Mehr” yaşayış məskənlərinin qalıqlarına şahid olduqdan sonra sakinlər narahatlıq keçiriblər.

Yol və şəhərsalma nazirinin müavini Həmid Məzaherian 14 noyabr “Şərqə” bildirib ki, bu, Mehr yaşayış məntəqəsinin problemlərinin başlanğıcıdır və növbəti illərdə problemlərin digər – sosial, mədəni və iqtisadi meyarları üzə çıxacaq.

Tərcümə: Strateq.az

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA