» » Neftin qiyməti düşür - SƏBƏBLƏR və YENİ PROQNOZ

Neftin qiyməti düşür - SƏBƏBLƏR və YENİ PROQNOZ

Loading...

Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyə başlayıb. "Brent" markalı neftin hər bareli son 2 gündə 3 faizə yaxın ucuzlaşaraq 61,3 dollaradək azalıb.

Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert neftin qiymətinin düşməsinin səbəblərini belə izah edib: "Qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması, eləcə də Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlamasıdır. Eyni zamanda, Liviya və Nigeriyada neft hasilatının əvvəlki səviyyəsi bərpa olunur, həmçinin İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb".

V.Bayramov yaxın gələcək üçün neftin qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb: "Neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi artımla qiymət artımları gözləmək sadəlövlük olardı. Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər".

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA