» » Avropa tarixində yeni mərhələ başlanır: Ümumavropa ordusunun yaradılmasına start verilib – ARAŞDIRMA

Avropa tarixində yeni mərhələ başlanır: Ümumavropa ordusunun yaradılmasına start verilib – ARAŞDIRMA

Loading...

Marko Brezolin

La Stampa (İtaliya), 14.11.2017

Jan-Klod Yunker Avropanın müdafiəsini “Lissabon müqaviləsinin yatmış gözəli” adlandırıb. O, noyabrın 13-də yuxudan ayılıb və Avropa Birliyində PESKO adlandırılan müdafiə üzrə daimi strukturlaşdırılmış, ikindidən sonra imzalanmış və Federiko Moqeriniyə verilən sazişə qoşulmaq haqda AB-nin 23 üzv dövlətiylə birlikdə ilk addımlarını atıb. Bu, Emmanuel Makronun istədiyi kimi  Avropa ordusunun formalaşmasına səbəb olacaqmı?

Buna hələ lap çox var, lakin dəqiq şəkildə, açıq-aydın ifadə edilən niyyət tezliklə konkret layihələrə çevriləcək. İki tarixi fenomen bu qərar üçün zəruri təkan olub: müdafiə sahəsində ən fəaliyyətsiz dövlətin AB tərkibindən çıxması ilə bağlı Brexit və Avropaya son dərəcə aydın mesaj göndərmiş Donald Trampın Ağ Evə gəlişi: müdafiə sahəsində öz qüvvəsinə güvənməyi lazımdır.

Noyabrın 13-də həmkarı, xarici işlər naziri Ancelino Alfano ilə birlikdə Brüsseldə olan İtaliya müdafiə naziri Roberta Pinotti bildirib: “Biz bir neçə ay ərzində son 60 ildəkindən xeyli çox yol keçmişik”.

Bu gün Avropanın müdafiəsi üçün tarixi bir gündür, – xarici işlər və təhlükəsizlik siyasəti üzrə Avropanın Ali təmsilçisi Federika Moqerini əlavə edib. –Ancaq bu, təkcə bayram günü deyil. Bu, yeni tarixin başlanğıcıdır”.

Sazişi kimlər imzalayıblar

İtaliya, həmçinin Fransa, Almaniya və İspaniya “bu arabaya qoşulmağı” qət edən 23 ölkənin möhkəm nüvəsidir. Bu, faktiki təsdiq edir ki, proses sürətlənmiş templə baş versə, Avropa irəli addım atmağa qabildir. Malta, İrlandiya, Danimarka, Portuqaliya və Böyük Britaniya PESKO-ya birləşməyəcək. Ən azı, bir anda deyil: bütün “sürət” layihələrindəki kimi qapı sonradan birləşmək istəyənlər üçün açıq qalır. Hətta üçüncü ölkələr (AB üzvü olmayanlar) “əlavə əsaslı töhfə versə”, istisna kimi bəzi layihələrə qatılmağa dəvət edilə bilər, lakin onların PESCO rəhbərliyində həlledici hüququ olmayacaq. Bu, gələcəkdə Böyük Britaniya ilə əməkdaşlıq imkanı verəcək.

Saziş nə vaxt qüvvəyə minəcək

PESCO formal olaraq AB Şurasında çoxluğun ixtisaslı təqdirindən sonra gerçəkliyə çevriləcək, səsvermə dekabrın 11-ə planlaşdırılıb. Məqsəd bundan ibarətdir ki, “ilin axırınadək” start təkanı verilsin. Qərar qəbulu prosesi iki mərhələdə inkişaf edəcək: PESCO-ya qoşulan ölkələrin yekdilliklə qərar qəbul edəcəyi Şurada iştirakını ehtiva edən kompleks mərhələ və ayrıca götürülmüş layihənin daxilində predmetli mərhələ. Bu mərhələyə iştirakçı ölkələr rəhbərlik edəcək.

Saziş nədən ibarətdir

23 ölkənin əlaqəli sıx fəaliyyət göstərəcəyi layihələr hələlik ayrıntılı müəyyən edilməyib, lakin dəqiqi siyahısı tezliklə ortalığa çıxacaq. Bu layihələr müxtəlif yönlərə toxunacaq – həm imkanların inkişafına, həm də “mövcud resursların səmərələşdirilməsi məqsədi ilə onların ümumi effektivliyinin yüksəldilməsinə”.

Hər bir ölkənin özünə sorumlu olduğu Avropa müdafiəsinin qüvvədə olan sisteminin zəif bəndlərindən biri məhz dəyərin yüksəlməsi və tez-tez öz aralarında dialoq aparmaq qabiliyyətində olmayan ayrıca götürülən hər bir dövlətin  silahlanmasının müxtəlif xarakteristikaları ilə bağlıdır.

Hansı mövzulara toxunulub

AB Komissiyası məhz inkişaf və sənaye birliyi cəbhəsində Avropa Müdafiə Fondunu qurmaqla artıq irəli bir neçə addım atıb (onu hələ Avropa Parlamenti bəyənməlidir): ilk layihələrin 2019-cu ildə maliyyələşdirilməsi planlaşdırılır. O, araşdırma, inkişaf və silah alınması üçün istifadə olunacaq. Fond 2021-ci ildə bir milyard kvotaya yetmək məqsədilə 2019 və 2020-ci illərdə 500 milyon avro həcmində maliyyə alacaq. Gözlənilən artırılma effekti (bu, hər bir dövlətin ayrıca iştirakından asılıdır) ildə 5 milyard yatırım nəzərdə tutur.

Rusiya təbliğatından necə müdafiə olunmalı

Avropanın ümumi müdafiə üsulu aradığı daha bir sahə var və bu, başlıca olaraq Rusiya təbliğatına müqavimətlə əlaqəli saxta xəbərlərlə mübarizədir. Brüsseldə AB-nin strateji kommunikasiyasına bağlı işçi qruplardan rəsmən danışırlar: (Moqerininin başçılıq etdiyi) Avropa xarici məsələlər xidməti artıq üç qrupu işə salıb. Biri Şərqi Avropa, ikincisi Qərbi Balkan, üçüncüsü ərəb dünyası ilə məşğul olur. Moqerini bu layihələrə “əlavə resurslar”ın ayrılmasını tələb edib.

Bu arada komissiya internetdə yayılan saxta məlumatlara qarşı durmaq üçün ictimai konsultasiyaları işə salıb, bu problemin öhdəsindən gəlmək cəhdiylə KİV-lər, sosial şəbəkələr, araşdırıcılar, rəsmilər və vətəndaşlara müraciət edib. Bundan savayı, ekspertlər qrupu yaradılacaq (namizədlər öz ərizələrini dekabrın ortalarına qədər verə bilər). O, yanvardan işə başlayacaq və dezinformasiyaya qarşı işləyəcək. “Şimal liqası”nın da daxil olduğu Enf qrupundan Avropa deputatı Marko Dzanninin fikrincə, söhbət “Həqiqət Nazirliyi”nin qurulmasından gedir: keçmiş silahdaş Beppe Grillo “hökumətlərin nəyin yalan və nəyin düz olduğu qərarını hansı əsasda qəbul edəcəyi” barədə sorğu keçirmək niyyətini elan edib.

Tərcümə Strateq.az-ındır.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA