» » Obama :"Putin eledə axmaq deyil"

Obama :"Putin eledə axmaq deyil"

Loading...
Obama :"Putin eledə axmaq deyil"
Barak Obama Vladimir Putinlə görüşlərindən danışıb

ABŞ prezidenti Barak Obama “Atlantic” nəşrinə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərlə bağlı təfərrüatları danışıb. ANS PRESS-in məlumatına görə, Barak Obama Rusiya liderinin onu iki saat gözləməyə vadar etmədiyini və özünü tərəfdaş kimi göstərməyə çalışdığını deyib, "çünki o “elə də axmaq deyil”.
Obama “Atlantic”in jurnalisti Cefri Qoldberqin Vladimir Putinin kobud və hirsli görünməsi iddiası ilə da razılaşmayıb. Obama əmindir ki, Putin elə deyil.
“Əslində, Putin bizim görüşlərdə çox nəzakətli və səmimi olur. O, məni heç vaxt 2 saat gözlətməyib”, – deyə Obama bildirib.
O əlavə edib ki, Putin Rusiya və ABŞ münasibətlərinə amerikalıların fikirləşdiyindən daha ciddi yanaşır. Obamanın sözlərinə görə, Putin anlayır ki, indi Rusiya dünyada mövqeyini itirir “onun Krıma soxulması və ya Bəşər Əsədi dəstəkləməsi onu oyunçu etmir. “Siz onu əvvəlcədən gündəmi müəyyənləşən heç bir görüşdə görə bilməzsiniz”, – deyə ABŞ prezidenti əlavə edib.
Jurnalist Qoldberqin Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyətinə dair sualına Obama cavab olaraq bildirib ki, Ukrayna ilə bağlı “Putin əldən çıxa biləcək peyk - ölkənin hərəkətlərinə cavab verib”.
«Eyni şeyi Suriya da edib və bu, ölkəyə maliyyə baxımından baha başa gəlib”, – Obama belə deyib.
O həmçinin qeyd edib ki, ABŞ Vaşinqtonun hərəkətlərindən asılı olmayaraq üzərində hər zaman təhlükənin qaldığı Ukraynaya görə genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazır deyil.
ABŞ və Rusiya arasında münasibətlər 2014-cü ildə Krım yarımadasının Rusiyaya birləşdirilməsindən sonra gərginləşib. Buna cavab olaraq ABŞ və Avropa İttifaqı əvvəlcə fərdi şəkildə rus məmurlarına qarşı, daha sonra isə Rusiya iqtisadiyatının bütün sahələrinə sanksiyalar tətbiq edib.скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA