» » Sarkisyan Astanaya getdi

Sarkisyan Astanaya getdi

Loading...
Sarkisyan Astanaya getdiHurriyyet.org (Hurriyyet.az, Hurriyyet.tv) rus mətbuatına istinadən xəbər verir ki, bu gün Astanada Avrasiya İqtisadi İttifaqı prezidentlərinin dördüncü görüşü keçiriləcək. Avrasiya İqtisadi şurasının iclasında Rusiya prezidenti Vladimir Putin, Belarusun başçısı Aleksandr Lukaşenko, Qazaxıstanın lideri Nursultan Nazarbayev, həmçinin, Qırğızıstan və Ermənistan prezidentləri Almazbek Atambayev ilə Serj Sarkisyan da iştirak edirlər.
Xəbər verildiyinə görə, Vladimir Putin artıq tədbirin keçiriləcəyi “Akkord” sarayına daxil olub.
Rusiya prezidentinin köməkçisi Yuri Yuşakovun bildirdiyinə görə, bu gün Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin prezidentləri qurumun ilyarımlıq fəaliyyətinə yekun vuracaqlar. Həmçinin, perspektivdəki inteqrasiya məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, görüş müntəzəm xarakter daşıyıt və dövlət başçıları inqilabi dəyişikliklər edəcək qərarlar verməyəcəklər.
Bundan bir qədər əvvəl Kremlin mətbuat xidməti xəbər vermişdi ki, Astanadakı görüşdə ümumi qaz, neft və neft məhsulları bazarlarının formalaşması məsələləri müzakirə ediləcək. Bundan əlavə, Aİİ ölkələri liderləri bir sıra iqtisadi, ticari məsələlər barədə fikir mübadiləsi aparmaq və bu sahələrlə bağlı müəyyən sənədlər imzalamaq niyyətindədirlər.

Hurriyyet.org
скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA