» » AZAL-ın təyyarəsi məcburi eniş edib

AZAL-ın təyyarəsi məcburi eniş edib

Loading...
AZAL-ın təyyarəsi məcburi eniş edibBakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus “Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq.
Hurriyyet.org (Hurriyyet.az, Hurriyyet.tv) xəbər verir ki, bunu “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Məlumata görə, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub.
İki aeroport arasında məsafə təxminən 25 km-dir.
"Təyyarə və sərnişinlərlə bağlı heç bir problem yoxdur. Yaxın dəqiqələrdə bütün sərtnişinlər xüsusi ayrılmış avtobuslarla Dubaya yola salınacaq", - deyə aeroportdan bildirilib.
Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan "A-320" təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi. Lakin rəsmi tədbirlə əlaqədar Dubay Beynəlxalq Hava Limanı bağlandığı üçün təyyarə havada 20-30 dəqiqə dövrə vurduqdan sonra Şarja Beynəlxalq Hava Limanına enməli olub.скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA