» » “Bank Standard”a yeni direktor təyin edildi

“Bank Standard”a yeni direktor təyin edildi – Palatadan açıqlama

Loading...
“Bank Standard”a yeni direktor təyin edildiHurriyyet.org xəbər verir ki, bu gün “Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Məlumat verildiyi kimi, ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.
Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul edilib. Sanasiya proqramı çərçivəsində, X. Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcəkdir.
Artıq Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilib.
X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlayıb. O, “Bank of Baku” və “Unibank”da rəhbər vəzifələrdə işləyib.скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA