» » Ölkənin hər yerində internet niyə kəsildi?

Ölkənin hər yerində internet niyə kəsildi?

Loading...
Ölkənin hər yerində internet niyə kəsildi?Azərbaycan İnternet-Forumunun prezidenti Osman Gündüz dünən ölkədə internetin kəsilməsinə münasibət bildirib.
Hurriyyet.org xəbər verir ki, bu barədə status yazan ekspert qeyd edib ki, dünən saat 16.00 radələrindən etibarən ölkənin internet təminatında və milli resursların fəliyyətində problemlər yaranıb:
"Belə ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr yaranıb və Delta Telecom-un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb.
İnternet təminatı qısa müddətdə həll olunsada əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb. Delta Telecom şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla , həmdə kommersiya şərtləri ilə öz Data Mərkəzinndə saxlayır. Delta Telecom-un və Data Mərkəzin rəsmi internet resursları da hazırda aktiv deyil.
Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki problemlər Delta Telecom-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir.
Müşahidələr göstərir ki, milli operatorun sistemində baş verən problemlər elektrik sistemində baş verən nasazlıqlarla da bağlı ola bilər.
Əldə etdiyimiz məlumatlara görə şirkətin bütün texniki heyəti hazırda problemin aradan qaldırılması üçün çalışırlar.
Ötən il bu şirkətdə baş verən yanğından sonra onun fəaliyyətinin tamamilə yenidən qurulması, alternativlər üzərində qurulması, dayanıqlı bir sistemin qurulması ilə bağlı rəsmi açıqlamalar verilmişdir. Bütün bunlardan sonra yenidən ciddi hesab olunacaq problemlərin baş verməsi kifayət qədər düşündürücüdür.
Düşünürəm ki, ölkənin əsas internet təchizatını və Data Center funksiyasını həyata keçirən əsas operatorun bu tip hadisələr baş verən anda ictimaiyyəti məlumatlandırması daha doğru olardı.
Təəssüf ki, hələlik Delta Telecom şirkəti baş verənlərlə və onların səbəbləri ilə bağli hər hansı açıqlama yaymayıb. Rəsmi sorğular da hələlik cavablandırılmayıb".скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA