» » Telman İsmayılov məhkəmədən özünün müflis elan edilməsi barədə qərar verməsini xahiş edib

Telman İsmayılov məhkəmədən özünün müflis elan edilməsi barədə qərar verməsini xahiş edib

Loading...
Telman İsmayılov məhkəmədən özünün müflis elan edilməsi barədə qərar verməsini xahiş edibHurriyyet.org rus mətbuatına istinadən xəbər verir ki, Movskva vilayətinin arbitraj məhkəməsi avqustun 4-də Çerkiz bazarının keçmiş sahibi, AST qrupunun əsasını qoyanlardan olan biznesmen Telman İsmayılovun özünün müflisləşməsi barədə bəyanatının əsaslı olub-olmadığı məsələsinə baxacaq.
Bundan əvvəl artıq bir dəfə, vətəndaş Boris Zubkovun tələbi ilə 2015-ci ilin dekabrında Moskva vilayətinin arbitraj məhkəməsi İsmayılovun müflis olmasının tanınması qərarını vermişdi. Lakin bu ilin martında İsmayılovun ən iri kreditoru olan Moskva bankının şikayəti ilə apellyasiya məhkəməsi həmin qərarı ləğv etdi. İyul ayında isə kassasiya instansiyası apellyasiyanın nəticələrini dəstəklədi.
AST şirkətlər qrupuna nəzarət edən sahibkar İsmayılov Rusiyanın ən varlı insanları reytinqinə daxil idi. O, 2009-cu ildə özünün əsas gəlir mənbəyi olan Çerkiz bazarının (kiçik topdansatış ticarəti üzrə paytaxtın ən iri mərkəzi) fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən böyük ittihamlarla qarşılaşmışdı. Sanitar nəzarəti orqanları orada çoxsaylı qayda pozuntuları aşkar edəndən sonra bazar bağlanmışdı.

Hurriyyet.orgскачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA