Главная > Xəbər lenti / Üst Slayd / Mühüm Xəbərlər / Dünya > Peyk görüntüləri yayıldı, sərhədə ORDU YERİDİLİR - Müharibəyə səbəb olacaq HƏMLƏ (FOTO)

Peyk görüntüləri yayıldı, sərhədə ORDU YERİDİLİR - Müharibəyə səbəb olacaq HƏMLƏ (FOTO)


11-11-2017, 13:42. Разместил: yazar1

Suriyada İranın hərbi mövcudluğunun mübahisə mövzusu olduğu bir vaxtda Dəməşqin cənubunda hərbi bazanın qurulduğu ortaya çıxıb.

Hurriyyet.org xəbər verir ki, BBC qərb kəşfiyyat mənbələrinə istinadən İranın Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən əl-Kisvah ərazisində hərbi baza qurduğunu bildirib.

Peykdən əldə edilən görüntülərə görə, ərazidə hərbi bazanın qurulması üçün tikinti işləri aparılır. Kəşfiyyat mənbələri hesab edirlər ki, İran bazanı tikməklə Livandakı “Hizbullah” təşkilatına dəstək xətti qurmağı planlaşdırır.

İranın Suriyada hərbi gücünü artırması İsraili daha çox narahat edir. Suriyada İranın güclənməsinə qarşı çıxan İsrailin baş naziri Benyamin Netanyahu ötən ay Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı İrana bağlı güclərin İsrail-Suriya sərhədindən çıxarılması və təhlükəsiz zonanın yaradılması mövzusunda anlaşmışdı.

İranın bölgədəki hərbi varlığının qətiyyən qəbul edilməyəcəyini vurğulayan İsrail Putinin noyabrın 1-də Tehrana etdiyi səfəri zamanı Suriyada “Hizbullah”a aid bir silah anbarını partladaraq açıq mesaj verib./publika.az/

 

 

 

 

скачать dle 11.3
Вернуться назад