Главная > Xəbər lenti / Üst Slayd / Ölkə > Sabiq deputat klinikasını satışa çıxardı - “Vergilər Nazirliyi imkan vermir”

Sabiq deputat klinikasını satışa çıxardı - “Vergilər Nazirliyi imkan vermir”


13-11-2017, 14:45. Разместил: yazar1

Keçmiş millət vəkili Nazim Bəydəmirli əsassız yoxlamalara görə sahibi olduğu “Loğmed” klinikasını satışa çıxartmalı olub.

Hurriyyet.org xəbər verir ki, bu barədə yenicag.az-a danışan Nazim Bəydəmirli ona məxsus olan “Loğmed” klinikasını satışa çıxartmasını məcburi addım kimi dəyərləndirib: “Loğmed” klinikası bir müddət əvvəl Vergilər Nazirliyi ilə partnyorluq müqaviləsi imzalayıb. Bu müqaviləyə uyğun olaraq, hətta işlərimizin zəif getdiyi vaxtda da borc alıb, vergiləri ödəmişik. Bu gün Vergilər Nazirliyinin əməkdaşları yenə gəliblər, vergi yoxlanışı aparırlar. Onların bu addımı partnyorların bir-birinə inamsızlığını nümayiş etdirməklə yanaşı, həm də iş adamına psixoloji təsir göstərir.

Düzdür, müəssisənin rəhbəri var, ancaq obyektin sahibi mən olduğuma görə qərar verdim ki, müəssisəni bağlayım. Obyekti tamamilə bağlayıram və satışa çıxarıram”.

скачать dle 11.3
Вернуться назад