Главная > Xəbər lenti / Esas Slayd SOL / Üst Slayd / Qalereya / Redaktorun seçimi / Siyasət > Ermənistanın taleyi həll edilir - KRİTİK 10 GÜN

Ermənistanın taleyi həll edilir - KRİTİK 10 GÜN


14-11-2017, 10:30. Разместил: yazar2

Boynunda “rus ilgəyi” olan Sərksiyan üçün çoxməchullu tənlik ; İrəvanda tələbə etirazlarının bu həftə pik həddə çatacağı gözlənilir – ölkə yeni qanlı toqquşmalar astanasında; 24 noyabra kimi həm Brüssel, həm də Moskva ilə anlaşmalı olacaq Sərkisyan Kremlin “dobro”sundan məhrum ola bilər...    

Hurriyyet.org bildirir ki, dünəndən etibarən işğalçı Ermənistanı yenidən kütləvi tələbə etirazları bürüyüb. “Yeni Müsavat”ın xəbər verdiyi kimi, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar. Onlara cəmiyyətin digər təbəqələri, ələlxüsus əsgər anaları da dəstək verir. 

Qanun layihəsi bu gün və sabah - noyabrın 14-17-si arası parlamentin plenar iclasının müzakirəsinə çıxarılacaq. Oktyabrın 27-də o, artıq 1-ci oxunuşda qəbul edilib. Bununla belə, 5-ci gündür davam edən etirazlar müəyyən nəticə də verib. Belə ki, musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavini Artan Zakaryan deyib ki, qanun layihəsinə bəzi düzəlişlər edilib. Həmin düzəlişlərə görə, yeni qanun müstəsna istedadı olan tələbələrə şamil olunmayacaq. Yəni onların möhlət hüququ saxlanacaq.

Lakin tələbələr bunu yetərli saymırlar. “Elmin İnkişafı Naminə” hərəkatın koordinatoru David Petrosyan bildirib ki, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir. “Bunu da ölkədə hamı bilir”, - deyə o qeyd edib (“Report”).

*****

Image result for Karen Karapetyan

Onu da qeyd edək ki, etirazçıların məsələ ilə bağlı bu günədək baş nazir Karen Karapetyan və müdafiə naziri Vigen Sərkisyanla keçirdikləri görüşlər nəticəsiz bitib. O üzdən aksiyaların bu həftə - sənədin müzakirə edildiyi günlərdə pik həddinə çatacağı istisna olunmur. Hakim rejimin kriminal mahiyyətini nəzərə alsaq, qanlı toqquşmalar da mümkündür. Bu isə ilk növbədə prezident Serj Sərkisyan üçün yeni başağrısı və sınaq deməkdir - həm də beynəlxalq insan haqları təsisatları qarşısında.

Related image

Sərkisyan isə sabah Moskvaya səfərə hazırlaşır. Güman ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın daxili durumu da müzakirə predmedi olacaq. İstisna deyil ki, Sərkisyan Kreml başçısından bu xüsusda da qiymətli “təlimatlar” alsın. Bu təlimatlar indi Avropa Birliyinin (AB) 24 noyabr Brüssel sammiti öncəsi xüsusi önəm daşıyır - hansı sammitdə ki, Sərkisyan da iştirak edəcək və AB ilə Ermənistan arasında imzalanması gözlənilən çərçivə sənədinin taleyinə aydınlıq gələcək.

Elə Sərkisyanın öz taleyi də, belə demək mümkünsə, qarşıdakı 10 gündə həll olunur. Bir amili dedik - getdikcə böyüyən tələbə hərəkatı. Məsələ ondadır ki, İrəvandakı tələbə etirazları bütövlükdə hakim rejimdən narazı qüvvələrin hamısını konsolidasiya edə və ayağa qaldıra bilər. İkincisi isə Brüsseldə özünü “yandıracağı” təqdirdə Sərkisyan gələn ilin aprelində yeni baş nazir qismində təsdiqlənməsi üçün Kremlin “dobro”sunu almaya bilər.

*****

Related image

Beləliklə, qarşıda Ermənistanın hakimiyyət başçısı üçün kritik 10 gün durur. Bu 10 gündə Sərkisyan həm tələbə etirazlarını sivil üsullarla yatırdıb Brüsselə təməl insan haqları ilə bağlı ciddi qınaqlar olmadan yollanmağı bacarmalı, həm də Moskvada Putindən aldığı son göstərişlərə əməl edib də AB ilə yeni münasibətləri Kremlin maraqlarına toxunmadan qurmağı təmin eləməlidir. Yəni daxili və xarici təhdidlərin öhdəsindən gəlməlidir.

Birinci amildən başlayaq. Böyük ehtimalla, parlament tələbə gənclərin əleyhinə olan qanun layihəsini bu həftə qəbul edəcək. Çünki erməni işğalçı ordusu kəskin çağırışçı problemi yaşayır, başqa yol yoxdur. Demək, etirazlar da güclənəcək ki, səngiməyəcək.

Brüssel sammitinə gəlincə, bu məsələdə də İrəvan dilemma qarşısındadır. Çünki Sərkisyan bir yandan, Qarabağ məsələsinə görə Rusiya ilə münasibətlər üzərində əsirsə, başqa yandan, Avropa Birliyinə, bütövlükdə Qərbə reveranslar hesabına Azərbaycanın Dağlıq Qarabağ məsələsində uğurlu manevr imkanlarını daraltmağa çalışır.

Azərbaycanın belə uğurlu manevrlərdən biri də AB-nin Brüssel sammitində qəbul ediləcək yekun bəyannamənin 2-ci bəndinə Gürcüstan, Ukrayna və Moldova ilə birgə təşəbbüs sayəsində AB-yə tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı haqda müddəanın daxil edilməsidir. Xəbər verdiyimiz kimi, rəsmi İrəvan bundan çox narahatdır və dəridən-qabıqdan çıxır ki, həmin müddəa oradan çıxarılsın və ya heç olmasa, məxsusi Qarabağ konflikti ilə bağlı Minsk Qrupu həmsədrlərinin tez-tez səsləndirdikləri “üç prinsip” (onların arasında “öz müqəddəratını təyinetmə” də var) əlavə edilsin.

Image result for Metsamor

Lakin bundan ötrü Ermənistanın AB-nin müəyyən şərtlərin əməl etməsi, o sırada Rusiyadan uzaqlaşmasını göstərən hansısa hərəkətlər eləməsi vacibdir. Bu isə artıq Moskvanın “quyruğunu” tapdamaqdır. Hətta AB ilə çərçivə sənədinin imzalanması şərtlərindən biri sayılan Metsamor AES-in ləğvi tələbi də Rusiyanın maraqlarına cavab vermir. Çünki sözügedən AES Moskvanın Ermənistandakı dayaqlarından biridir.  

Beləliklə, qarşıdakı 10 gündə boynunda “rus ilgəyi” olan Serj Sərkisyanı çoxməchullu bir tənlik gözləyir. Onun yanlış həlli işğalçı ölkənin başçısını bitirə bilər.

скачать dle 11.3
Вернуться назад