Главная > Xəbər lenti / Üst Slayd / Qalereya / Redaktorun seçimi / Siyasət / Aktual > “Lavrovdan yenilik gözləməyin” - Qabil HÜSEYNLİ

“Lavrovdan yenilik gözləməyin” - Qabil HÜSEYNLİ


14-11-2017, 17:22. Разместил: yazar2

“Gündəmə yenə də hansısa həll variantını gətirəcəklər”

Dünən Soçidə Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşündən sonra noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya işgüzar səfəri, ondan sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcəyi onu göstərir ki, Putin - Ərdoğan görüşündə Dağlıq Qarabağ məsələsi barədə müəyyən fikir mübadiləsi olub. Amma bu müzakirələrin nəticəsi olaraq məsələnin Azərbaycanın xeyrinə həll edilməsi absurd görünür.

Rusiyanın Cənubi Qafqazı nəzarətdə saxlamaq istəyi heç cürə imkan vermir ki, Rusiya Dağlıq Qarabağla bağlı müsbət addım atsın. Bu baxımdan, bütün görüşlərdə Qarabağla bağlı müzakirələr getsə də, Rusiyanın Azərbaycanın xeyrinə addım atması inandırıcı deyil.

“Görünür, Ərdoğan Putindən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı nələrisə xahiş edib”

Rusiya xarici işlər nazirinin Bakıya və İrəvana səfərini şərh edən politoloq Qabil Hüseynli Hurriyyet.org-a bildirdi ki, Putin - Ərdoğan görüşündən sonra Lavrovun Bakıya səfəri təsadüfi deyil: “Görünür, ötəri də olsa,  Dağlıq Qarabağ probleminə toxunulub və Ərdoğan Putindən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı nələrisə xahiş edib. Tərəflər yəqin ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesini intensevləşdirməyi qərara alıblar. Və bu məqsədlə Rusiya xarici işlər naziri, hansı ki, bir çox məsələlərə əngəl yaradan bu nazir Bakıya və İrəvana səfər etmək fikrindədir. Gündəmə yenə də hansısa həll variantını gətirəcəklər və o zaman bu haqda danışacağıq”.

 “Razılaşma yalnız iki dövlət arasında ola bilər”

“Zənn etmirəm ki, Putinlə Əroğan arasında razılaşma əldə olunub. Ümumi fikir mübadiləsi aparıla bilər. Hər bir tərəf öz mövqeyini bildirə bilər. Amma razılaşma Azərbaycanla Ermənistan arasında olmalıdır. Onlardan biri Azərbaycana, digəri Ermənistana hansısa həll variantlarını təqdim etməyə çalışa bilər. Amma ümumi razılaşma yalnız iki dövlət arasında ola bilər”, - deyə politoloq bildirdi.

İnanmıram ki, Lavrovun yeni təkilflər paketində Azərbaycanı qane edəcək bir şey olsun”

Hüseynli inanmır ki, Lavrovun yeni təkilflər paketində Azərbaycanı qane edəcək bir şey olsun: “Yenə də 5 rayon məsələsi, Dağlıq  Qarabağa hansısa keçici statusun verilməsi, yəni qarşılıqlı kompromislərə meylləndirmə ola bilər, bu kimi məsələlər gündəmə gələ bilər. Ona görə də Lavrovdan yenilik gözləməyin”.

Şamo EMİN, Hurriyyet.org

скачать dle 11.3
Вернуться назад