Главная > Xəbər lenti / Qalereya / Aktual > Sarkisyan da Rusiyaya gedir – Sabah Putinlə görüşəcək

Sarkisyan da Rusiyaya gedir – Sabah Putinlə görüşəcək


14-11-2017, 18:01. Разместил: yazar1

Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.

APA-nın "aysor.am"a istinadən verdiyi xəbərə görə, səfər noyabrın 15-də həyata keçiriləcək.

Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib ki, Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

скачать dle 11.3
Вернуться назад