» » 2503 dərmanın yeni qiymətlərlə satışına başlanacaq- SABAHDAN

2503 dərmanın yeni qiymətlərlə satışına başlanacaq- SABAHDAN

  • Loading...
    2503 dərmanın yeni qiymətlərlə satışına başlanacaq- SABAHDANSabahdan Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş daha 2503 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanacaq.
    Hurriyyet.org-un APA-ya istinadən xəbərinə görə, sentyabrın 1-dən etibarən ümumilikdə 9850 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq.
    Dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiqlənmiş qiymətlərlə satışdadır.
    Qeyd edək ki, indiyədək Tarif Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiqlənib. Qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə 95 %-nin qiymətləri endirilib.
    Tarif Şuranın müvafiq qərarlarına əsasən hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər. Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA