» » Bakıda dəhşətli qəza:sürücü yanaraq öldü

Bakıda dəhşətli qəza:sürücü yanaraq öldü

  • Loading...
    Bakıda dəhşətli qəza:sürücü yanaraq öldüSürətlə hərəkət edən "Chevrolet" markalı avtomobil "Beynəlxalq Sığorta Şirkəti"nin binasına çırpılıb

    Ötən gecə Bakıda baş verən ağır qəzada sürücü yanaraq ölüb. APA -nın məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospektində qeydə alınıb. Belə ki, sözügedən prospektlə sürətlə hərəkət edən "Chevrolet" markalı avtomobil "Beynəlxalq Sığorta Şirkəti"nin binasına çırpılıb. Zərbənin təsirindən sığorta şirkətinin daşdan hörülmüş pilləkənləri dağılıb. Daha sonra avtomobil yanmağa başlayıb. Maşının ön hissəsi tamamilə sıradan çıxdığından sürücü sükan arxasında sıxılıb. Avtomobili tərk edə bilməyən sürücü yanaraq ölüb.
    Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanan avtomobil söndürülüb. Daha sonra xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə yanan avtomobildən sürücünün meyitini çıxarmağa müvəffəq olublar.
    Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub. Polisdən verilən məlumata görə, sürücünün üzərində sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb. Avtomobilin 90 VR 913 dövlət nömrə nişanının yol polisinin "bort kompüteri"ndə axtarışı zamanı onun Əhmədov Nicat Mehrab oğluna aid olduğu çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA