» » “Sədərək” TM-də baş vermiş yanğında xəsarət alanlar var

“Sədərək” TM-də baş vermiş yanğında xəsarət alanlar var - YENİLƏNİB

  • Loading...
    “Sədərək” TM-də baş vermiş yanğında xəsarət alanlar var
    Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı iki nəfər zərər çəkib.
    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Sadıqov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
    Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib.
    Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar.
    Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub. Yanğın pərdə-tül mağazasında baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının baş vermə səbəbləri araşdırılır.

    ***
    Bakının Qaradağ rayonunda yerləşən "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğının qarşısı alınıb.
    Hurriyyet.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
    Hazırda əraziyə yanğınsöndürmə texnikası cəlb olunub.
    Bakının Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğının qarşısı alınıb.

    ***
    “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.
    Şahidlərin verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA