» » BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?

BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?

  • Loading...
    BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?
    (DİN VƏ ELM: RƏQABƏTDƏN ƏMƏKDAŞLIĞA)

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/13602-bez-almler-nye-allaha-nanmr.html)

    Hikmətin şərtlənməsi
    2. Dini bilgilərin oxşarlıq münasibətindən təsvir olunması: Qurani-Kərimdə bilinməyənlər təcrübəyə daxil olmadığından, idrak təcrübədən başladığından, onların təcrübədən təsəvvürə gətirilməsi tələb olunur. Buradan da parodoksal vəziyyət yaranır. Bir tərəfdən blinməyənlər təcrübədən kənarda qalır, digər tərəfdən idrak təcrübədən başladığından onların təcrübədən keçməklə təsəvvür olunması tələb edilir. Bu problem necə həll olunur? Məlumdur ki, təcrübədə bütün mövcudluqlar xarici vəhdətdə dörd cür münasibət yaradırlar. Bura formal və faktiki fərqlilik, oxşarlıq və müxtəliflik münasibətləri aiddir. Formal fərqlilik - idrak obyektinin formasının mahiyyəti ilə uyğunluğunu, faktiki fərqlilik - mahiyyəti uyğun, amma forması uyğun olmayan obyektlərin münasibətini, oxşarlıq - formaları uyğun, amma mahiyyətləri uyğun olmayan obyektlərin münasibətini, müxtəliflik - forma və mahiyyətləri uyğun olmayan obyektlərin münasibətlərini özündə ifadə edir.
    Din bilinməyənlərlə bağlı bilik verdiyindən, dini mühakimələrdə təsvir edilən obyektləri formal, faktiki fərqlilik və müxtəliflik münasibələrindən dərk etmək olmaz. Buna görə də, bu münasibətlərdən dərketmə dini biliklərin doğruluğunun inkarına səbəb olur. Dünyəvi elmlərin üç münasibətdən idrak etməsinə uyğun məntiqin üç üsulu və bir münasibətdən başqa münasibətə keçidin məntiq üsulları, yəni ümumi sayda altı məntiq üsulu vardır. Bura iki növ səlis, qeyri-səlis, paralel, çarpaz və sinkretik məntiq üsulları aiddir. Bunun əksinə, heç bir dünyəvi elm oxşarlıq münasibətindən həqiqəti dərk etmir. Bilinməyənlər təcrübəyə daxil olmadığından onlar təcrübəyə daxil olan bilinən (görünən və ya bilinən) şeylərə oxşadılmaqla idraka təqdim edildiyindən, bilinməyənlər yalnız oxşarlıq münasibətindən idrak oluna bilər. Buradan aydın olur ki, bilinməyənlərin biliklərini oxşarlıq münasibətindən dərketməyə imkan verən xüsusi tək bir məntiq üsulu ola bilər ki, həmin üsul elmi məntiq tərəfindən müəyyən edilməyib. Biz condisologiya haqqında yazdığımız kitabda bu məntiq üsulunu müəyyən etməyə çalışmışıq. Hansı ki, həmin üsul oxşarlıq münasibətlərindən həqiqəti dərk etmyə imkan verir.
    Beləliklə, aydın olur ki, Qurani-Kərimi mənimsmək üçün ən azi 7 məntiq üsulundan eyni zamanda istifadə etmək lazımdir. Bu zaman dini mətnlərində təsvir edilən bilinməyənlər oxşarlıq münasibətindən qəbul edilməlidir, hansı ki, elmi məntiqin bütün üsullarının istisna edilməsini tələb edir. Elmi məntiqlə Qurani-Kərimdəki bilinməyənlərə xas bilikləri anlamağa cəhd Quranın inkar edilməsinə səbəb olur ki, bu, Quranın yanlış olması ilə yox, alimlərin yanlış məntiq üsulu seçmələri ilə bağlıdır.
    3. Müxtəlif əqli biliklərin bir dini mühakimədə - ayədə bəyan edilməsi: Dünyəvi elmdə bir mühakimədə biliyin yalnız konkret bir sahəsi haqqında bilik verildiyindən, mühakimələr eyni bir elmə aid kateqoriya və anlayışlarla, elmi qanunlarla ifadə edilir. Buradan da əgər öyrənən konkret elmə xas anlayış və kateqoriyaları bilirsə, mətni mənimsəyə bilir. Məsələn, fizikaya aid mətn -elektrik, güc, qüvvə, maqnit, dalğa, hərəkət, sıxlıq, bərklik, elastiklik, maqnitləşmə və s. kimi anlayışların, Nyuton, Çoul-Lennts qanunlarını, fotoeffekt, difraksiya, induksiya və s. kimi hadisələrin həqiqətlərinin bilinməsini tələb edir, hansı ki, bu anlayışlarla ifadə olunan mətndə verilən yeni bilik mənimsənilir.
    Qurani-Kərimdə bilinməyənlər haqqında bilgi -hikmət eyni bir mühakimədə bəzən bir, bəzən iki, bəzənsə üç cür müxtəlif varlıqlara oxşarlığa xas biliklə birgə bəyan edilir. Bura cisimlərə, canlılara, şüurlu insana və cəmiyyət həyatına oxşatmalar aiddir. Bu cür mühakimələrdə oxşadılanların bəzi əlamətlərinə əsasən oxşadılma aparıldığından, bir mühakimədə eyni zamanda bir neçə elm sahəsinə aid bilgi verilir. Buradan da hər hansı bir elm sahəsinə xas biligləri olan alimin belə mühakimələri tam anlaması mümkünsüzlük olur. Buna görə də Qurani-Kərimin hikmətini anlamaq eyni anda müxtəlif əsas elm sahələrinə - təbiət və cəmiyyət, yaxud dəqiq və humanitar elmlərə xas zəruri həcmdə biliyə malik olmaq, bundan əlavə, xalis dini kateqoriya və anlayışları bilmək tələb edir.
    4. Dini bilgilərin mütləq həqiqətlə şərtlənməsi: Fəlsəfə mütləq həqiqətin bilavasitə dərk olunmazlığını müəyyən etmişdir. Nisbi həqiqətin bütün dərəcələri mütləq həqiqətdən yarandığından, mütləq həqiqət bütün nisbi həqiqətlərin məcmusundan dolayısı ilə anlaşıla bilər. Bütün həqiqətlər mütləq həqiqətin nisbiləşməsindən yarandığından mütləq həqiqət haqqında da biliyə malik olmadan aşkarlanmış nisbi həqiqətin doğruluğunu qəti şəkildə -yəqinliklə (Quranda bu elmül-yəqin adlanır) təsdiq etmək olmaz. Buradan parodoks yaranır. Bir tərəfdən mütləq həqiqət dərkolunmazdır, digər tərəfdən mütləq həqiqət nisbi həqiqətin meyarı olduğundan, onun haqqında bilmək vacibdir. Dini bilgi bu parodoksal vəziyyəti həll etməklə insanlara verilir. Əgər həqiqətin dörd dərəcədən 6 formasi 5-ci dərəcəli həqiqətdən - mütləq həqiqətdən meydana çıxırsa, onda hər hansı bir mühakimdə eyni vaxtda həqiqətin bütün dərəcələrindən biliyin verilməsi özündə mütləq həqiqəti dolayısı ilə anlamağa -mənimsəməyə imkan verir. Buna görə, Qurani-Kərimdə hikmət eyni vaxtda cari, xüsusi, bəzi ümumi, ən ümumi həqiqəti ifadə edən mühakimələr şəklində verilmişdir. Bəzi ayələrdə həqiqətin bütün dərəcələri, bəzilərində bir neçə dərəcəsi ilə bağlı mühakimlər verilir.
    Nəhayət, Quranda xalis mütləq həqiqət haqqında bilgi verən ayələr də vardır ki, belə ayələrin mənası dərkedilmədən mənimsəməni, qəbuletməni - subyektiv əmin olmağı tələb edir. Çünki insan heç bir elmi üsulla belə həqiqətləri dərk edə bilməz. Alimlər dərk edə bilmədikləri həqiqəti inkar edirlər ki, bu da absurddur. Çünki təcrübi biliklərin hamısı da eyni dövrdə alimlər tərəfindən dərk olunmur, eləcə də bir sahənin elmini bilən başqa sahənin elmini bilmir. Sadəcə, sahə elmlərinin bir-birinə inamı -doğruluğu bilmədən də təsdiq olunmaları bütün elmlərin başlanğıcının bir və eyni olması-təcrübədən başlamaları, yəni bilinən olmaları ilə bağlıdır. Buradan da bir sahə elminin digərini inkarı təcrübənin inkari ilə özünü inkara səbəb olur ki, alimlər öz maraqları xatirinə bundan imtina edirlər.
    5. Dini elmin mənimsənilməsinin əxlaqla şərtlənməsi: Təcrübədən məlumdur ki, dünyəvi elmin mənimsənilməsi insan əxlaqı ilə yox, onun təfəkkürü ilə şərtlənmişdir. Ona görə də insanlar əxlaqi vəziyyətlərindən asılı olmayaraq, elmi hazırlıqları dərəcəsində dünyəvi elmləri mənimsəyə bilər. Buna görə alimlər arasından hər cür cinayət törətmiş –qeyri-əxlaqlı insanlara rast gəlmək mümkündür. Bu gün Azərbaycanda alimlərin əksəriyyəti kütləvi şəkildə müxtəlif qeyri-qanuni hərəkətlərdə - seçki saxtakarlığından tumuş korrupsiyaya qədər, rüşvət almaqdan plagiatlığa qədər, yalan danışmaqdan qeybət etməyə - həqiqqi alimləri nüfuzdan salmağa qədər hərəkətlərə yol verirlər. Azərbaycanın məhkəmə təcrübəsində adam öldürmə, zina etmə, oğurluq etmə ilə bağlı mühakimə olunan alimlər də az deyildir. Bütün bunlardan görünür ki, əqli elmlər əxlaqsızlıqla vəhdətdə meydana çıxa bilər.
    Qurani-Kərimin “Nəhl”surəsinin 125-ci ayəsində bəyan edilir: “Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəilillər və gözəl, oyadıcı və ibratəmiz nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”. Bu ayədən görünür ki, hikmət əxlaqla şərtləndirilmişdir. İlahi bilyin mənimsənilməsinin əxlaqla şərtləndirilməsi hidayət anlayışı ilə ifadə olunur. Hidayət -həqiqətə istiqamətləndirmə, əslində dini bilginin mənimsənilməsinin İlahi razılıqla şərtləndiyini göstərir. Yəni dünyəvi bilikləri əxlaqından asılı olmayaraq, kim istəsə, mənimsəyə bilər, amma ilahi bilgiləri yalnız Allah istədikdə mənimsəmək olar. Allahın istəyi onun razılığını almağı tələb edir ki, bu da gözəl əxlaqdan –Allahın doğru yolunda olmaqdan, Onun əmrlərini qüsursuz yerinə yetirməkdən ibarətdir. Buradan aydın olur ki, dini əxlaqa malik olmayan heç bir alim ilahi biliyi mənimsəyə bilməz.BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?
    6. Hikmətin dərk edilməsinin sağlam ağılla şərtlənməsi: Bəşəri elm insandan bir şeyə xas ilkin biliklərə malik olmağı tələb edir. Hikmət tam bilik verdiyindən, bundan fərqli olaraq ən müxtəlif elm sahələrinə aid ilkin təsəvvürlərin olmasını tələb edir. Qurani-Kərimin “Bəqərə”surəsinin 269-cu ayəsində bəyan edilir: “Hikməti istədiyi şəxsə verir. Kimə hikmət verilsə, doğrudan da çoxlu xeyir verilmişdir. Əsil sağlam ağıl sahiblərindən başqa heç kəs öyüd almaz”. Bu ayədən görünür ki, dini bilgilərin dərkedilməsi sağlam ağılla şərtləndirilmişdir. Əgər alimlər hikməti inkar edirlərsə, onda buradan sual meydana çıxır: “Allaha inanmayan alimlər necə bir ağıla malikdirlər?” Buradan da “sağlam ağıl” ifadəsinin özündə nəyi ifadə etdiyini bilmək tələb olunur. Qurani-Kərimin “Zümər” surəsinin 18-ci ayəsində bəyan edilir: “O kəslər ki, sözə qulaq asıb, onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır”. Bu ayədəki “sözün ən yaxşısı” ifadəsi mütləq həqiqəti ifadə edən sözlərə işarə edir. Beləliklə, aydın olur ki, Qurani-Kərim sağlam ağlı - mütləq həqiqəti dərk etmək imkanına malik olan ağıl kimi təyin edir. Bəs əqli elmlər sağlam ağılı necə təyin edir?
    “Sağlam ağıl” -“sensus communis” anlayışı antiq fəlsəfədə ictimai hiss və humanist ideal paradiqmaları ilə birlikdə müdrikliyin anlayışına daxil edilmişdir. Buradan da aydın olur ki, sağlam ağıl anlayışının təyini müdrikliyi anlamaq üçün müstəsna rola malikdir. Hansı ki, müdriklik həqiqətin düzgün (ideal) şüuru vəziyyətdə dərkedilməsindən meydana çıxır. Fəlsəfə tarixində zaman-zaman müxtəlif filosoflar sağlam ağıl anlayışını təyin etməyə cəhd etmişlər. Biz burada həm birbaşa, həm də dolayı məntiq üsulu ilə sağlam ağılı təyin etməyi düzgün hesab edirik.
    a.Dolayı məntiq üsulu ilə sağlam ağıl anlayışının təyini: Dolayı məntiq üsulu ilə sağlam ağlı təyin etmək onun əksiliyinin təyinindən dolayısı ilə əldə edilə bilər. Sağlam ağlın əksiliyi “xəstə ağıldır”. El arasında xəstə ağıl - dəlilik, tibb elmində - şizofreniya adlanır. “Şizofreniya” sözü “şizo”- ağıl, frenikus - parçalanma sözlərinin birləşməsindən yaranıb və ağlın parçalanması mənasını verir. Ağlın parçalanması təfəkkürdə inikas proesində dağılmış - nizamsız obrazların və parçalanmış ideyaların yaranmasına səbəb olur, hansı ki, idrak proseslərinin ardıcıllığının və rabitəsinin pozulmasından meydana çıxır. Belə ki, sağlam ağılda qavrama - düşünmə -yaradıcılıq prosesləri ardıcıl və bir-biri ilə mökəm əlaqədə təzahür edir. Bu ardıcıllıq Allah-təalanın Yaradılışındakı və Qurani-Kərimin ayələrinin vəhy edilməsinin ilahi prinsipinə - “bir-birinin ardınca, bir-birinə bağlı və biri digərini izah edən” halda vəhy edilməsinə uyğundur. Buradan sağlam ağılla bağlı aşağıdakı defiant aşkarlanır.
    Sağlam ağıl - Kainatin Yaradılışı və Qurani-Kərimin vəhy edilməsi prinsipinə uyğun dərketmə qabiliyyətinə malik ağlın şərtlərinin məcmusundan ibarətdir.
    Xəstə ağılda - şizofreniyada bundan fərqli olaraq, çoxlu sayda digər ardıcıllıqlar, məsələn, qavrayış – yaradıcılıq - düşüncə, düşüncə - qavrayış - yaradıcılıq, yaradıcılıq–qavrayış- düşüncə, düşüncə -yaradıcılıq-qavrayış ardıcıllığı ilə meydana çıxır. Və bu zaman idrak prosesləri spontan və avtonom inkişaf edir. Bu cür ağılla reallıqlar irreallıq, irrealıqlar reallıq kimi qavranır.
    Sağlam ağılda yaradıcılıqla qavrayış-düşüncə bir-birinə əks istiqamətli idrak prosesləri kimi təzahür edir. Şizofreniyada idrak prosesləri eyni istiqamətli proseslər kimi meydana çıxır. Yəni şizofrenik düşünərkən avtomatik olaraq düşündüklərini təfəkküründə yaradır və bunları xaricdə olan gercəkliklər kimi qavrayır. Bu proseslər arasında möhkəm rabitə olmadığından, bir proses digər prosesə keçmir. Nəticədə yaranan təsəvvürlər nizamsız inkişaf etdirilir və bu xaos kimi idrak olunur. Bu cür düşüncənin koqnitivlik əsasında davranışa keçməsindən dəlilik - anormal insani davranışlar meydana çıxır, hansı ki, xəstə insanın davranışlarını sağlam məntiqlə anlamaq mümkün olmur. Hər bir xəstə ağıla malik insanın ağlı eyni bir predmeti ağlın ayrı-ayrı parşalari ilə idrak predmetini parça-parça idrak etdiyindən, obyekt haqqında tam və düzgün təsəvvür qavranılmır.
    Dəliliyin normal ağılda iki oxşarlığı mövcuddur, hansı ki, ayrı-ayrılıqda şüurlu şəkildə ya obrazların, ya da ideyaların parçalanmasından meydana çıxır.
    Birinci oxşarlığa yaradıcılıq prosesində obrazların parçalanması ilə rəssamlıqda meydana çıxan surrealizm cərəyanı aiddir. Sürrelizmin banilərindən dünya şöhrətli və ağlına öz dövrünün insanlarının şübhəsi olan ispan rəssami Salvador Dali öz yaradıcılığı haqqında yazır: “Mən dəli deyiləm, lakin dəli kimi düşünə bilirəm”. El arasında buna “özünü dəliliyə vurmaq”deyirlər. Salvador Dali öz yaradıcılığında özünü dəliliyə vurduğunu etiraf etmişdir. Başqa sözlə, əslində surrealizm şizofrenik yaradıcılıq üsulu - idrak obyektinin xarici görüntüsünü və ya onun obrazının şüurlu və iradəvi şəkildə parçalayaraq təsvir etmək cərəyanı kimi meydana çıxmışdır.

    (Ardı var)
    Sərdar CƏLALOĞLU
    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA