» » BAĞDADİ ABŞ CASUSUDUR?

BAĞDADİ ABŞ CASUSUDUR?

  • Loading...
    BAĞDADİ ABŞ CASUSUDUR?
    Ərdoğanın Yaxın Şərqə “sahib çıxacağıq” bəyanatı ABŞ-ın “sünni xəlifəlik” layihəsinin darmadağın edilməsidir və ona görə də “qanın su yerinə axmasını” istəyirlər

    Hurriyyet.org-un araşdırması

    Hurriyyet.org xəbər verir ki, İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin Amerika casusu olduğu barədə məlumatlar hələ 2014-cü ildə mətbuata sızmışdı. Əvvələr Amerika Mərkəzi Kəşfiyyat idarəsində və Milli Təhlükəsizlik Agentliyində işləmiş amerikalı kompyuter mütəxəssisi və keçmiş agenti Edvard Snoudenin mətbuata sızdırdığı məxfi fayllar arasında Bağdadinin kimliyi barədə də məlumat var. O, Suriya və İraqda baş kəsən, ciyər yeyən İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının durduğu barədə məlumat vermişdi.
    2014-cü il, iyulun 16-da “Global Research” nəşrində dərc olunan xəbərdə deyilir: “Snoudenə görə, ABŞ, İngiltərə və İsrail kəşfiyyatı dünyadakı bütün terror təşkilatlarını “eşşəkarısı yuvası” adlandırdıqları bir strategiya ilə idarə etməyə çalışırlar”. Bu xəbər “Vikiliks”in “Tvitter” hesabında 23 gün sonra təkzib edilsə də, yenə də mətbuata Əl-Bağdadinin amerikalı senator Con Makkey ilə birlikdə çəkdirdikləri bir neçə şəkil sızdı.
    2014-cü ilin iyul ayının sonlarına İranın Baş Qərargah Rəisi general Həsən Firuzabadi də İŞİD-in, ABŞ və İsrail tərəfindən, öz mənfəətlərinə xidmət edilməsi tərəfindən yaradıldığını bəyan etdi və İran mətbuatı Bağdadinin əslində 2006-cı ildə öldüyünü, yerinə isə yəhudi bir agentin keçdiyini iddia etdi.
    Pentaqonun rəsmi məlumatlarında isə Əl-Bağdadinin 2004-cü ildə, İraqda, ABŞ-ın nəzarətində olan bir həbsxanada tapıldığı və 2009-cu ildə oradan buraxıldığı deyilirdi. Həbsxananın keçmiş müdiri, polkovnik Kennedi Kinq Əl-Bağdadinin 2004-cü ilin fevral-dekabr aylarında cənubdakı Bussa həbsxanasında saxlanıldığı, 2009-cu ildə İraq iqtidarına təslim edildiyini, ardından azadlığa buraxıldığını bildirmişdi.
    Beynəlxalq səviyyədə məşhur olan jurnalist və strateji risklər üzrə mütəxəssis Uilyam Enqdahi də İŞİD-in bir CİA (Mərkəzi Kəşfiyyat Agentliyi)-NATO layihəsi olduğunu bildirib.
    İŞİD-in 2012-ci ildə İordaniyanın Safavi şəhərindəki bir CİA-Xüsusi Təyinatlıları düşərgəsində təlimə başlandığı deyilir.BAĞDADİ ABŞ CASUSUDUR?
    İmperializmə qarşı cəsarətli çıxışları ilə məşhur olarn professor Maykl Çossudovski “Global Research” saytında yazdığı məqaləsində İŞİD-in daimi şüarı olan “sünni xəlifəlik” layihəsinin ABŞ planı olduğunu bəyan edir. Müəllif “ABŞ prezidenti Barak Obamanın daim İŞİD vasitəsilə səsləndirdiyi və axırda “izin verməyəcəyik” dediyi “sünni xəlifəlik” layihəsinin İraqın üç yerə bölünməsi üçün çox əvvəlcədən, 2004-cü ildə Buş iqtidarı dövründə hazırlandığını bildirir.
    Tezis belədir: Suriya üçün qurulan, ancaq uğursuz olan İŞİD, ABŞ və İsrail tərəfindən bu dəfə İraqa yönəldilir (bax: https://habergenc.wordpress.com/isid-abd-iliskisinin-delilleri-ortaya-sacildi/).

    Həmçinin, İŞİD, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin regionun səmasında cövlan etməsində imkan yaradır. İŞİD bəhanədir – lazım gələndə “səhvən” Suriyanın qanuni dövlətinin qüvvələri, lazım gələndə İraqdakı türkmənlərin yas mərasimləri bombalanır və bölgənin zəngin neft yataqları gah İŞİD-in, gah da onunla eyni mərkəzdən idarə edilən Barzaninin və PKK-nın əli ilə “lazımi qüvvələrin” ixtiyarına keçir. Qaçaqmalın yaratdığı bolluq nefti ucuzlaşdırır, neft zəngini ölkələrin, xüsusilə də Rusiya kimi əyilməz bir hegemonun milli valyutası dəyərini itirir, dollar sahibləri iqtisadi böhrana girməkdə olan dövlətlərdəki QHT-lərə, müxalifətçilərə qrantlarını artırır ki, dolları ciblərinə qoyub, dövlət çevrilişləri, məxməri inqilablarla məşğul olsunlar və yenə də qazanan FED sahibləri olsun. Dünyanın bir sıra ölkələri böhran halında ikən İŞİD-in silahı-sursatı, təhcizatı bitmir ki, bitmir. Bu qədər bomba yağışının altında İŞİD-in kökü kəsilmir, əvəzində Yaxın Şərqin demoqrafik quruluşunda köklü dəyişikliklər baş verir.
    Türkiyə prezidenti Yaxın Şərqin bu acınacaqlı vəziyyətini gördükdən sonra bölgənin məsuliyyətini öz boynuna götürmək qərarını verir. Prezident Rəcəb Tayyib Ərdoğanın dünən səsləndirdiyi və çox böyük məsuliyyət yükü olan bu bəyanatı əslində, arxasında ABŞ-ın gizləndiyi İŞİD-in “sünni xəlifəlik” layihəsinin darmadağın edilməsi istəyini deməkdir (http://hurriyyet.org/15052-erdogan-slam-dunyasna-sahb-chaxmag-planlashdrr.html).
    Baş qərargahı Amerikanın Pensilvaniya ştatında yerləşən FƏTÖ-nün iyulun 25-də təşkil etdiyi çevriliş cəhdinin uğursuzluğa uğraması onun ssenari müəlliflərini də təşvişə salıb. Lakin eyni mərkəzdən idarə olunan, mutant terror təşkilatları bir deyil, iki deyil. Türkiyənin müdafiəsi gücləndikcə qarşı tərəfin hücumları daha da şiddətlənir. Türkiyədə bu gecə “qalstuklu terrorçular” – PKK-nı dəstəkləyən partiyanın bir neçə üzvü həbs edildi. (Fətullah Gülən kimi qalın cinayət dosyalarına malik, 15 iyul gecəsi Türkiyə küçələrində qan axdıran terroristbaşı ABŞ-da arxayınca mətbuat konfransı keçirir. Avropa Birliyi pkk-çı deputatların həbs edilməsindən təşvişə düşərək, fövqəladə iclas çağırır).
    BAĞDADİ ABŞ CASUSUDUR?Bir aya yaxın müddət ərzində davam edən “Fərat qalxanı” əməliyyatı nəticəsində isə Türkiyənin cənub sərhədləri İŞİD və PYD-nin raket məsafəsindən təmizləndi. Bununla belə Türkiyə respublikasına təhdidlər hələ davam etməkdədi.
    Saytımızın da xəbər verdiyi kimi, məhz bu ərəfədə, İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu deyilən səs qeydi yayılır. 31 dəqiqəlik səs qeydində Mosul əməliyyatının müvəffəqiyyətsiz olacağından əminlik ifadə olunub və təşkilatın üzvlərinə “Türkiyəni işğal edin!” çağırışı edilir.
    “Artıq nifrətinizin atəşini türk əsgərlərinə boşalda bilərsiniz. Türkiyə artıq cihadınızın hədəflərindən birinə çevrilib. Türkiyənin işğal edin və onların canına qorxu salın. Gecəni gündüzə çevirin, torpaqlarında dağıntılar törədin, qanın çay kimi axmasını təmin edin!”
    Bağdadinin dilindən səsləndirən bu “arzuların” əslində hansı qüvvələrə mənsub olduğu yəqin ki, anlaşılır.
    Bir daha Əl-Bağdadi kimilərinin necə yetişdirilmələrindən bəhs edək. Rus şərqşünası Vyaçeslab Matuzov Bağdadi haqqında belə deyib: “Əldə olunan məlumatlar Əl-Bağdadinin MKİ ilə əlaqəli olduğunu göstərir. Çox ehtimal ki, həbsxanada keçirdiyi illər ərzində o, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi üçün işləməyə başlayıb. İŞİD liderinin əhvalatı əslində “Əl-Qaidə” üzvü Əbdülhakim Belhacın hekayəsinə çox bənzəyir. O da vaxtılə amerikalılar tərəfindən həbs olunub, uzun müddət ABŞ həbsaxanasında saxlanılıb. Sonra isə Belhacı Müəmmar Qəddafi iqtidarına təslim elədilər. Ölkə başçısının 2010-cu ilin əhv qərarı ilə o, azadlığa çıxdı. Liviya çevrilişi başlanar-başlanmaz Behlac, öz adamları ilə birlikdə Qəddafiyə qarşı silah qaldırdı. Trablus Hərbi Şurasına rəhbərliyi ələ alan Belhac Trablusun dövlət qüvvələrindən alınmasında böyük rol oynamışdı. Sonra isə o, Bəşər Əsədə qarşı əməliyyatlarda fəal şəkildə iştirak etmişdi. Yəni, Əl-Bağdadi ilə Belhacın bioqrafiyaları bir-birilərininkinə çox bənzəyir. Və onların arxasında ABŞ kəşfiyyatının durması istisna edilməməlidir”. Mütəxəssis həmçinin, amerikalıların istədikləri zaman özlərinin də İŞİD liderlərini indiyə qədər ələ keçirə biləcəklərini, bunun üçün sadəcə regionun üzərində dövr edən pilotsuz təyyarələrin uçuş marşrutlarını dəyişməli olduqlarını da bildirib (bax: https://tr.sputniknews.com/turkish.ruvr.ru/2014_07_08/ISHID-lideri-CIA-ajani/).


    Hurriyyet.org
    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA