» » Azərbaycanın baş qumarbazı 334 min avro uddu - VİDEO

Azərbaycanın baş qumarbazı 334 min avro uddu - VİDEO

  • Loading...
    Azərbaycanın baş qumarbazı 334 min avro uddu - VİDEOAzərbaycanda kazinoların fəaliyyətinə qoyulmuş rəsmi qadağa qumar həvəskarlarına qumar masası arxasında varidatlar uduzmağa mane olmur. Bu yaxınlarda virtualaz.org Tbilisinin “Şanqri La” kazinosunda bir neçə saat ərzində 270 min dollar uduzmuş keçmiş deputat Fərhad Qəribov barədə yazmışdı.
    Son illər ərzində Azərbaycanda poker üzrə peşəkar oyunçular zümrəsi formalaşıb ki, onlar artıq beynəlxalq turnirlərdə iştirak edilər və bəzən qələbə də qazanırlar. Yəqin ki, ölkənin ən məşhur və adlı-sanlı qumarbazı Ramin Hacıyevdir. O, bu günlərdə Maltada keçirilmiş turnirdə 334 min avro qazanıb.
    Oktyabrın sonlarında Ramin Hacıyev Maltada keçirilən Avropa Poker Turunun sonuncu mərhələsinin final masası arxasına əyləşmək hüququ qazanmış altı oyunçudan biri olub. Qeyd edək ki, TOP-6 sırasına düşməyin özü hər bir oyunçuya 98700 avro mükafat qazandırır. Bu azmış kimi, Ramin Hacıyev poker ictimaiyyəti tərəfindən bu mərhələnin hayrolleri adlandırılıb. Poker terminologiyasından baş çıxarmaqda çətinlik çəkən oxucularımıza bildirək ki, hayroller dedikdə inanılmaz yüksək limitlərdə oynamaq bacarığı olan və çox böyük məbləğlərdə “stavka” edən oyunçular nəzərdə tutulur. Belə insanlar üçün bir neçə saat ərzində yarım milyon, bəzən isə 1 milyon dollar uduzmaq adi işdir. Halbuki, adi öləri üçün bu qədər pulu qazanmağa bir ömür də bəs etməyə bilər.
    Azərbaycanlı qumarbaz yarışın yalnız həndz-ap (yalnız iki oyunçunun iştirak etdiyi) mərhələsində Yeni Zelandiya təmsilçisinə uduzub.
    Final masasının yekunu: Devid Yan - €465800, Ramin Hacıyev - €334400, Aleksey Xoroşenin - €217400, Maks Silver - €164030, Nikita Bosyakovski - €127400, Ole Şemion - €98740.
    Azərbaycanın baş qumarbazı 334 min avro uddu - VİDEO
    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA