» » İNFLYASİYA CİBİMİZİ BOŞALDIR...

İNFLYASİYA CİBİMİZİ BOŞALDIR...

  • Loading...
    İNFLYASİYA CİBİMİZİ BOŞALDIR...Natiq Cəfərli: “İşsizlik sürətlə artacaq”

    İkinci devalvasiyanın təsirləri, onun doğurduğu fəsadlar əhalinin həyatına əhəmiyyətli dərəcədə təsir etməkdə davam edir. Bütün ərzaq və qeyri-ərzaq məhsullarında kəskin qiymət artımı var. Vətəndaşlar istehlak etdikləri məhsullara əvvəlkindən daha artıq pul xərcləyir. 2016-cı ildə pensiyaların baza hissəsinin 10 faiz artırılması bazardakı qiymət artımına adekvat deyil. Digər tərəfdən ölkədə aztəminatlı digər əhali qrupu var, müəllimlər, həkimlər, büdcə təşkilatlarının işçiləri var. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda orta illik inflyasiyanın həddi 11.6 faizdir. Ancaq müstəqil ekspertlərin qənaətincə, Azərbaycanda inflyasiya son üç ilin ən yüksək həddinə çatıb. Hesablamalara görə, Azərbaycanda inflyasiya həddi 15 faizdir.Əhalinin sosial vəziyyəti və mövcud bazar qiymətlərinə diqqət edəndə, 11.6 faiz göstəricinin real rəqəm olmadığı bildirilir. Real rəqəm gündəlik istifadə etdiyimiz ərzaq və qeyri-ərzaq, kommunal xərcləri dəəlavə edəndə 15-17 faiz təşkil edir.

    Ciddi fəsadlar gözlənilir”

    İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki,qiymət artımının sürəti insanların maaşları və təqaüdləri ilə proporsional deyil: “Qiymətlərin artması və inflyasiyanın sürətlənməsi insanlara ciddi şəkildə mənfi təsir edir. Alıcılıq qabiliyyəti kifayət qədər sürətlə aşağı düşür. İnsanlar qənaət rejiminə keçməyə məcbur olub. Bu tendensiya gələcəkdə də davam edəcək. Əslində insanların alıcılıq qabiliyyəti düşdükcə ticarət dövriyyəsinin zəifləmə prosesinə şahid olacağıq. Hətta xarici ticarət balansına baxdıqda görürük ki, idxal mallarının həcmində azalma baş verib. Demək insanların alıcılıq qabiliyyəti aşağı düşür ki, gətirilən malların həcmi də azalır. Bu tendensiya gələn ilin əvvəllərində daha da sürətlənə bilər. Bura mövsümi amillər də daxildir. Məlumdur ki, qış aylarında kənd təsərrüfatı məhsullarında bahalaşma daha sürətlə gedir. Həmçinin valyuta ilə bağlı problemlər də bura əlavə olunur. Son zamanlar valyuta çıxış imkanlarının məhdud olması iş adamlarının rəsmi məzənnədən daha baha qiymətə valyuta əldə etməyə məcbur qalıb. Bu isə məhsulların qiymətini daha da bahalaşdırır.Hökumət anlamalıdır ki, alıcılıq qabiliyyəti düşdükcə, ticarət dövriyyəsi azaldıqca, bu, daha böyük fəsadlara gətirib çıxarda bilir. Çünki pərakəndə və topdansatış ticarət sahəsində təqribən 300-400 minə yaxın insan birbaşa və dolayısı yolla işlə təmin olunur. Alıcılıq qabiliyyəti və ticarət dövriyyəsi azaldıqca kütləvi şəkildə iş yerlərinin bağlanmasına və həmin sahədə çalışan insanların gəlirlərinin də azalmasına səbəb olacaq. Bu isə ilk növbədə işsizlik sayının artması ilə müşahidə olunacaq. Bu isə Azərbaycanda növbəti ilin əvvəllərində ən çox müzakirə olunan məsələlərdən biri olacaq”.
    Ekspertin qənaətincə, 2017-ci ildə məhz ticarət sahəsində işsizlik ehtimalı çox yüksəkdi: “İşləyən insanların strukturuna baxanda əks rəqəmlər görünür. Dövlət büdcəsindən maliyyələşən işçilərin sayı təqribən 900 minə, qeyri-dövlətdə çalışanların sayı isə təqribən 600 minə yaxındır. Rəsmi rəqəmlərdə dövlətdə çalışan insanların sayı çoxdur. Bunun özü də iş bazarında böyük disbalans yaradıb. Böyük neft pulları dövrü ştatları şişirdilməsi, heç nəyə lazım olmayan dövlət idarələrinin açılması ilə müşahidə olundu. İndi də bunun acısını çəkirlər. Kifayət qədər insanlar dövlət büdcəsindən maaş alır, amma bu əməkhaqqının həcmi çox aşağıdır. Rəsmi inflyasiyanı aşağı göstərməyin yeganə səbəbi ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyinə görə, hər ilin əvvəlində təqaüdlərdə və maaşlarda rəsmi inflyasiya qədər indeksləşmə olmalıdır. Çox güman ki, ilin sonunda 12 faiz elan olunacaq. Məhz bu 12 faiz qədər də indeksləşmə aparılması gündəmə gələcək. Əgər inflyasiya normal şəkildə hesablansaydı, bu rəqəm ən azı iki dəfə artıq olardı ki, bu da indeksləşmə zamanı büdcədən daha çox vəsaitin təqaüdə və maaşlara yönəlməsinə səbəb olardı. Büdcədə isə vəsait çatışmamazlığı var. Buna görə də hökumət rəqəmlərlə oynayaraq rəsmi inflyasiya səviyyəsini kifayət qədər aşağı göstərir”.

    KƏNAN
    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA