» » Mirvari Qəhrəmanlı: “2010-16-cı illər aralığında istehsalatda həlak olanların 80 faizi SOCAR-ın işçiləridir”

Mirvari Qəhrəmanlı: “2010-16-cı illər aralığında istehsalatda həlak olanların 80 faizi SOCAR-ın işçiləridir”

  • Loading...
    Mirvari Qəhrəmanlı: “2010-16-cı illər aralığında istehsalatda həlak olanların 80 faizi SOCAR-ın işçiləridir”

    Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu pozan müəssisə və təşkilat rəhbərlərinə qarşı: maddi, intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
    Bu barədə Hurriyyet.org-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı açıqlama verib: “Lakin bu qədər qəzalara rəğmən, heç bir işəgötürən qeyd olunan məsuliyyətə cəlb olunmayıb. 2016-cı ildə SOCAR strukturuna daxil olan Azneft İB-nin idarə və müəssisələrində 3 qəza hadisəsi müşahidə olunub. 2014-cü ildə 4, 2015-cü ildə isə 2 qəza hadisəsi baş verib. Qəzanın bir çox səbəblərindən biri də SSRİ-dən qalan infrastrukturların tam köhnəlməsidir. Hadisələrin kökündə isə bu məqsədlə ayrılmış vəsaitlərdən şəffaf və düzgün istifadə olunmaması,vəsaitin təyinatı üzrə xərclənməməsi şübhəsi durur.
    Sentyabrın 26-da SOCAR strukturuna daxil olan “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda yanğın baş vermişdi. Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmişdır. İnsan itkisi baş verməyib. Noyabrın 4-də gecə 23.00-də 28 May NQÇİ-nin 10 saylı platformasında çökmə müşahidə olunduğu üçün gecə neftçilər təxliyə olunmuşdu. Çökmə nəticəsində yaşayış blokunun bir tərəfi 35 sm əyilmişdi. Ertəsi gün gələn komissiya çökmənin zəlzələ ilə əlaqədar olduğu və heç bir konstruktiv dəyişikliyin olmadığı barədə rəy verdi. Təşkilata daxil olan məlumata görə isə çökmə davam edir. Təşkilatın ekspertləri isə bunu yanğın zamanı metalın keyfiyyətini itirməsi ilə əlaqələndirir.
    15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi uçmuş, estakadanın həmin hissəsi və ona bitişik olan meydança və üzərindəki yaşayış budkası dənizə düşmüşdür. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) itkin düşmüşdür. Sonradan yalnız bir neftçinin cəsədi tapılıb ailəsinə təhvil verilmişdir. NHMT ekspertinin rəyinə görə, həmin estakada qəzalı vəziyyətdə olub, həmin sahəyə işçi buraxılmamalı və istismar müddədt bitdiyi üçün (istismar müddəti 30 ildir) sökülməli idi. Estakada 1978-də tikilmişdi. Qəza son 3 ildə həmin idarədə onlarla işçinin ölümü ilə nəticələnən 4-cü hadisədir.
    Dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş vermişdir. 2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, kəmərdə çürümənin olması və s. göstərilir”.
    M.Qəhrəmanlı SOKAR-da 2013/15-ci illərdə işə qəbul olunmuş işçilərin sayını da nəzərə çatdırdı: “2013-də 3655 nəfər, 2014-cü ildə 1304 nəfər, 2015-ci ildə 1639 nəfərdir. İşdən azad olunan işçilər isə 2013-də 5154 nəfər, 2014-də 2634 nəfər, 2015-ci ildə7834 nəfərdir”.
    M. Qəhrəmanlı vurğuladı ki, hasilat sənayesində fəaliyyət göstərən idarə və müəssisələrdə işəgötürənlər tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215, 217, 218, 219, 220, 221, 222, 223, 239, 207-c maddələri (işəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin pozulma faktı müşahidə olunur: “Bunun nəticəsində 2016-cı ildə istehsalatla əlaqədar 51 bədbəxt hadisə baş verib. Bunlardan 35-i SOCAR-a aiddir. 2010-16-cı illər aralığında istehsalatda həlak olanların 80 faizi SOCAR-ın işçiləridir: 2010-cu ildə 10, 2011-ci ildə 23, 2012-də 13, 2013-cü ildə 6, 2014-də 19, 2015-ci ildə 37, 2016-cı ildə isə 19 nəfər neftçi həyatını itirib”.
    Sonda iqtisadçı Samir Əliyevin tərtib etdiyi Mirvari Qəhrəmanlının açıqladığı rəqəmlər əsasında hasilat sənayesində həlak olanların sayını və “Brent” markalı neftin orta illik qiymətini əks etdirən qrafiki təqdim edirik.
    Mirvari Qəhrəmanlı: “2010-16-cı illər aralığında istehsalatda həlak olanların 80 faizi SOCAR-ın işçiləridir”


    Şamo, Hurriyyet.orgскачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA