» » 10 yaşlı Nuray: “Atamı ilk dəfə məhkəmədə görmüşəm”

10 yaşlı Nuray: “Atamı ilk dəfə məhkəmədə görmüşəm”

  • Loading...
    10 yaşlı Nuray: “Atamı ilk dəfə məhkəmədə görmüşəm”“Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub. 2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışıq”.
    Bunu APA-nın yerli bürosuna açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarova deyib. O bildirib ki, 2010-cu ildə bacısı uzun sürən xəstəlikdən sonra vəfat edib: “2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib”.
    M. Eldarovanın sözlərinə görə, daha sonra keçirilən müxtəlif instansiyalı məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb. Ötən ilin dekabrın 7-də Mehriban və onun həyat yoldaşı Eldar Eldarov Quba Rayon Məhkəməsinə çağırılıb. Qərarın məcburi icra olunması ilə bağlı tərəflər arasında qarşıdurma yaranıb. Məcburi şəkildə uşağı onlardan alıblar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atası Əvəz Bayramovun əlindən qaçaraq yenidən xalasının yanına qayıdıb.
    2006-cı il təvəllüdlü Nuray Bayramzadə özü qeyd edib ki, xalası ilə birgə qalmaq istəyir. O deyib ki, ilk dəfə atasını məhkəmə prosesində görüb, onunla birgə yaşamaqdan qorxur.
    Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.
    Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı atası və məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsinin əks olunduğöu video yayılıb.скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    Loading...
    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA