» » Siyasətçisinin dəfnində striptiz-şou - 50 RƏQQASƏ OYNAYIB

Siyasətçisinin dəfnində striptiz-şou - 50 RƏQQASƏ OYNAYIB

  • Loading...
    Siyasətçisinin dəfnində striptiz-şou - 50 RƏQQASƏ OYNAYIBTayvanda 50 dirək rəqqasəsi ilə keçirilən dəfn mərasimi bu həftə Çində internet müzakirələrinin əsas mövzusu olub. Belə ki, ötən çərşənbə yer almış dəfn mərasimində 50 cipdən ibarət maşın karvanının üstündə 50 dirək rəqqasəsi rəqs edib.
    Bu, ötən ay vəfat etmiş yerli siyasətçi Tunq Hsyanqın dəfn mərasimi idi.
    Ailəsi bildirib ki, onlar "vaxtını şən keçirməyi sevən cənab Tunqu" beləcə şərəfləndirmək istəyiblər.
    Rəngarəng ciplərdən ibarət gur musiqili karvan şəhərin mərkəzində nəqliyyatın hərəkətini iflic edib.
    Mərasimdə həm də təbilçilər truppası, musiqiçilər dəstəsi, ilahələr kimi geyinmiş aktyorlar və nəhəng kuklalar vardı.
    Tunq əyalətdə tanınmış siyasətçi olub. O, qeyri-müəyyən xəstəlikdən 76 yaşında vəfat edib.
    "O bu arzusunu bizə dəfndən iki gün əvvəl yuxuda deyib" - bildirib onun qardaşı Tayvan televiziyasına.
    Siyasətçisinin dəfnində striptiz-şou - 50 RƏQQASƏ OYNAYIB

    Ötən çərşənbədən bəri bu dəfn mərasiminin foto və videoları internetdə və Çinin Weibo sosial mediasında dövriyyə edir.
    "Bax buna deyərlər dəfn" - yazıb bir istifadəçi.
    Başqa birisi isə yazır ki, dəfn məsələsi Tayvanda çox mühüm məsələdir.
    Bir başqaları Tunq ailəsinə şəhər sakinləri üçün əyləncə şousu göstərdiklərinə görə təşəkkür ediblər.
    "Xalq bələdiyyəsi belə olar!" - yazır istifadəçilərdən biri.
    Lakin burası da var ki, Tayvan cəmiyyətində dəfn mərasimlərinə rəqqasələrin və hətta striptizçilərin dəvət olunması qeyri-adi hal deyil.
    Burada yayılmış xalq dininə görə "əyləncə" ruhları mövcuddur.
    Ekspertlər bildirirlər ki, Tayvanda dəfn mərasimlərində peşəkar qadın şivənçilərdən də istifadə edilir.скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA