» » Böyük sənətkar, ustad aktyor...

Böyük sənətkar, ustad aktyor...

  • Loading...
    Böyük sənətkar, ustad aktyor...
    (Əməkdar artist Muxtar İbadov haqqında)

    Hər hansı bir böyük istedada malik aktyor qısa ömür sürürsə, onun ömrünün uzun olması ifa etdiyi obrazlar ilə ölçülür. Bu obrazlar tamaşaçıların yaddaşına həkk olunur və yaddaşdan yadasa ötürülür. Abbas Mirzənin Hamleti, İblisi, Maqbeti və Elxanı, Ülvi Rəcəbin Romeosu, Səyavuşu və Yaşarı, Ələsgər Ələkbərovun Vaqifi, Otellosu, Fərhadı, Cavanşiri və Aydını, Səməndər Rzayevin Satini, Fazili və Danieli belə obrazlardandır. Haqqında söhbət açdığımız respublikanın əməkdar artisti Muxtar İbadov da İblis, Knyaz, Nərimonov, Afşin, Mirzə Cəlil və başqa obrazlarla yadda qalan nəhəng aktyorlar sırasına daxildir.
    Muxtar Şəhmir oğlu İbadov 1955-ci ildə fevral ayının 2-də Balakən rayonunun Ağkilsə kəndində anadan olmuşdur. Orta təhsilini Zaqatala rayonunda 2 saylı internat məktəbində başa vurmuş, sonra isə təhsilini 1973-1974-cü illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə davam etdirmişdir. M. İbadov bu təhsil ocağında böyük sənətkarlardan dərs almış, aktyorluq sənətinin sirlərini mənimsəmişdir.
    1977-ci ildə təhsilini başa vuran Muxtar İbadov təyinatla Şəki Dövlət Dram Teatrının aktyor truppasına daxil olur və 1994-cü ilə kimi bu teatrın səhnəsində İblis (“İblis), Seymur (“Evlerin axşamları”), Vezir (“Bir saat xelifə”), Usta Nayden (Ustalar), Quqo Nifonşvander (“Meteor”), Bəyəli (“Kəndimizin narları”), Knyaz (“Knyaz”), Nazim (“Vəzifə”), Klark (“Artur Uinin koryerası”), Vəzir (“Hərənin bir ulduzu”), Nərimanov (“İmzalar içində”), Afşin (“Dar ağacı”), Axundov (“Lənkəran xanın vəziri”), Mirzə Cəlil (“Sizi deyib gəlmişəm”), Əsəd (“Dadaşbala əməliyyatı”), Müstəntiq (“İstintaq”), Divanbəyi (“Hekayəti xırs quldurbasan”), Dərviş Məstəlişah (“Müsyo Jordan və Dərviş Məstəlişah), Yeftixiy (“Çinari manifesti”) və başqa obrazlara səhnə ömrü verir.
    1985-cı il noyabr ayının 16-da Maksim Qorkinin “Həyatın dibində” əsərini H. Atakişiyev Akademik Milli Dram Teatrında tamaşaya qoydu və Satin rolunu görkəmli səhnə ustası, əməkdar artist Səməndər Rzayev (02.01.1945-27.03.1986) ifa etdi. S. Rzayevin səhhəti ilə əlaqədar olaraq doqquz tamaşadan sonra Satin rolu səhnədə Muxtar İbadov canlandırdı.
    Əsl aktyor ifa etdiyi obrazın keyfiyyətinə cavabdeh olmalıdır. Onu tamaşaçılara sevdirməyi bacarmalıdır. Obrazı bəsləyib, yetişdirməlidir. Tamaşaçıları özündən razı salmalıdır. Muxtar İbadov bunları bacaran aktyor idi. Aktyorun ifa etdiyi bütün rollar bədii cəhətdən bütün tələblərə cavab verirdi. Onun üçün kəmiyyət yox keyfiyyət əsas meyar idi.
    Muxtar İbadov rahatlıq bilməyən, hər zaman axtaran və axtardığını tamaşaçılara düzgün təqdim edə bilən böyük aktyor idi. O, ifa etdiyi hansı bir obrazı tamaşaçılara təqdim edirdisə, bu onun üçün son hədd deyildi. Ondan sonrakı rollarda da yeni zirvələr fəth etməyi bacarırdı.
    M. İbadovun istedadının diapazonu çox geniş idi. İblis-Mirzə Cəlil, Yeftixiy-Nərimanov əks qütbün personajları olmasına baxmayaraq Muxtar İbadovun ifasında bu baryer itirdi.
    Onun ifa etdiyi obrazlar zəngin fikir psixologiyasına, daxili ehtiraslara malik idi. Bu qəhrəmanlarda daxili üsyankarlıq var idi.
    Muxtar İbadovu tamaşaçı ordusuna sevdirən əsas cəhət onun parlaq istedadı, obraza düzgün yanaşması, yaratdığı xarakterin təbiətinə uyğun dəyişə bilmək qabiliyyəti idi. O, təcəssüm etdirdiyi obraza yeni ruh verməyi bacarırdı. Onun yaratdığı obrazlar daim teatr ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.
    M. İbadov milli xarakterik obrazları xüsusi istedadla ifa edirdi. Onun yaratdığı böyük Azərbaycan yazıçılarının (Axundov, Mirzə Cəlil, Nərimanov) surətləri buna gözəl sübutdur.
    Mənalı və ürəyə toxunan səsi, xoş siması, canlı danışırdı M. İbadovun ifa etdiyi obrazlara xüsusi gözəllik vermişdir. O, səhnədə yaratdığı rolları canlı və inandırıcı boyalarla göstərməyi bacarırdı və ifa etdiyi hər hansı obraz ilə tamaşaçılara yeni söz demək qüdrətinə malik olan aktyorlardan idi.
    Muxtar İbadovun yaradıcılıq bioqrafiyasına baxsaq görərik ki, onun ifa etdiyi obrazlar xarakter etibarı ilə çox fərqlidir. Lakin böyük aktyorun ifasında bu hiss olunmurdu. O, rejissor tərəfində verilən tapşırığı dəqiq analiz edərək, obrazı öz arqumentləri ilə zənginləşdirirdi.
    Biz Muxtar İbadovun tərcümeyi-halını nəzərdən keçirdikdə görürük ki, o, baş rollardan tutmuş, birinci və ikinci dərəcəli rollarda ifa edib. Lakin buna baxmayaraq onun ifa etdiyi bütün obrazlar öz bədii təsir qüvvəsini həmişə təravətli saxlamış, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
    Əməkdar artist Muxtar İbadov 1994-cü ilin may ayından 1996-cı ilin avqust ayına kimi Şəki Dövlət Dram Teatrının baş rejissor postunu tutmuş və qısa müddət içərisində iki tamaşaya- İsi Məlikzadənən səksəninci illərdə Azərbaycan kəndinin sovet dönəmində ki, ictimai həyatından bəhs edən “Soltanqulu körpüsü” adlı sosial komediyasına və Mahmud İsmayılovun “Çələbi xan” adlı tarixi əsərinə quruluş vermişdir.
    Muxtar İbadov həmçinin doxsanıncı illərdə H. Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrında fəaliyyətini davam etdirmiş, o, bu teatrın səhnəsində Şeyx Nəsrullah (“Ölülər”), Mamoy kişi (“Mamoy kişinin yuxuları”) və b. obrazlar ustalıqla yaratmışdır.
    M. İbadov öz sənətini filmlərdə də nümayiş etdirmişdir. Onun “Qətl günü”, “Sarı gəlin”, “Bir anın həqiqəti”, “Hökmdarın taleyi”, “Köpək”, “Bəyaz həyat”, “Tilsim”, “Cavid ömrü”, “Ümid” və s. film və seriallarda müxtəlif dərəcəli rollar ifa etmişdir.
    Bundan başqa sənədli filmlərin (“Bir mahnının işığı”, “Çarpaz bucaqlar arasında”, “Daşları dindirən alim”, “İki xalqın oğlu”, “Tale yolu”, “Könlün fəsilləri”, “Şimşəklər kimi”, “Günorta qatarı”, “Qürbət eskizləri”, “Qəlbin ay işığı”, “Bütün qadağaların fövqündə”, “İşığımız sönməyəcək”, “Şöhrət, yaxud unudulan adam”və s.) səslənməsi Muxtar İbadovun adı ilə bağlıdır.
    Əməkdar artist Muxtar İbadov 2013-cü il sentyabr ayının 22 (23)-də həyatla vidalaşdı. O, uzun ömür sürməmişdir. Cəmi 58 il parlaq aktyor ömrü yaşamış bu böyük sənətkarın zəngin irsi hələ bundan sonra da tədqiq ediləcəkdir.

    İmran AXUNDOV, fəlsəfə doktoru

    Böyük sənətkar, ustad aktyor...

    Böyük sənətkar, ustad aktyor...

    Böyük sənətkar, ustad aktyor...

    Böyük sənətkar, ustad aktyor...

    Böyük sənətkar, ustad aktyor...

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA