» » Azərbaycanlı əsir və girovlar "Metsamor"da işlədilir - ŞOK İDDİA

Azərbaycanlı əsir və girovlar "Metsamor"da işlədilir - ŞOK İDDİA

  • Loading...
    Azərbaycanlı əsir və girovlar "Metsamor"da işlədilir - ŞOK İDDİA"Ermənistanda saxlanılan azərbaycanlı girovlar və əsirlər Metsamor Atom Elektrik Stansiyasında işlədilir".
    Bunu azvision.az-a açıqlamasında Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİM DER) sədri Göksəl Gülbəy deyib.
    Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı əsir düşmüş və girovluqda olan azərbaycanlılar daş kömür mədənləri, qızıl yataqları ilə yanaşı, həmçinin “Metsamor AES”da işlədilirlər.
    Qeyd edək ki, Ermənistan tərəfi 23 ildir ki Azərbaycanın tələblərini qulaqardına vuraraq əsir və girovları danır, onları qaytarmaqdan imtina edir. Əsir və İtkin Düşmüş Vətandaşlarla Əlaqədar Dövlət Komitəsinin 1 yanvar 2011-ci il məlumatına görə əsir və girovların sayı 4049 nəfərdir. Ermənistanda saxlanılan əsir və girovlardan 3273 nəfər hərbiçi, 771 nəfəri mülki şəxs, 5 nəfərin isə hərbçi və mülki şəxs olması bilinməyən şəxslərdir.
    Əsir və girovların məcburi işlədilməsi, əməyinin istismarı, həmçinin, istifadə müddəti bitmiş atom elektrik stansiyasında işlədilməsi bütün beynəlxalq qaydalara, insan haqlarına ziddir.
    Erməni əsirliyində olan azərbaycanlılara qarşı hər cür işgəncənin olduğu sirr deyil. Əsir və girovların Metsamor Atom Elektrik Stansiyasında işlədilməsi haqda olan iddialar beynəlxalq qurumlar tərəfindən ciddi araşdırılmalı və tədbir görülməlidir.скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA