» » Məktəblilərimiz beynəlxalq müsabiqədən qızıl medalla qayıdıblar

Məktəblilərimiz beynəlxalq müsabiqədən qızıl medalla qayıdıblar

  • Loading...
    Məktəblilərimiz beynəlxalq müsabiqədən qızıl medalla qayıdıblarRumıniyanın Buxarest şəhərində keçirilən 14-cü "International Computer Project Olympiada-2016" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
    Təhsil Nazirliyindən Hurriyyet.org-a (Hurriyyet.az, Hurriyyet.tv) daxil olan məlumata görə, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi İlkin Musayev elmi rəhbəri Aygün Əzizova ilə birlikdə müsabiqəyə qatılaraq, "Proqramlaşdırma" kateqoriyasında qızıl medal qazanıb. İlkin Musayevin layihəsi beynəlxalq ekspertlər tərəfindən maksimal–100 balla qiymətləndirilib və ən uğurlu layihə kimi qeydə alınıb. Bu layihə 3D modelinin üzərində qurulub. Ekspertlər qrupu layihəni ixtirayönümlü iş kimi dəyərləndirib.
    Məktəblilərimiz beynəlxalq müsabiqədən qızıl medalla qayıdıblarNərimanov və Gənclik “İstək” liseylərinin şagirdlərindən ibarət 6 komanda isə müsabiqədə 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. Belə ki, müsabiqəyə qatılan Ömər Qurbanlı, Rəsul Salamov qızıl, Malik Haqverdiyev, Aqil Əliyev, Aqşin Yusifzadə, Ərturan İbrahimli, Rəhman Bağırov gümüş, Aygül Qurbanova, Aysun Qələndərli, Zülfüqar Verdiyev və Şamil Ağazadə bürünc medal əldə ediblər.
    Qeyd edək ki, hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilən InfoMatrix müsabiqəsinə bu il rekord sayda iştirakçı qatılıb. Belə ki, müsabiqədə 41 ölkədən 500 iştirakçı 285 layihə ilə birincilik uğurunda mübarizə aparıb.

    Sevil, Hurriyyet.org

    Məktəblilərimiz beynəlxalq müsabiqədən qızıl medalla qayıdıblar
    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA