» » Erməni generaldan etiraf: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi...”

Erməni generaldan etiraf: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi...”

  • Loading...
    Erməni generaldan etiraf: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi...”Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə naziri”, general Levon Mnatsakanyan erməni silahlı birləşmələrinin aprel döyüşlərinə qədər zəruri kəşfiyyat vasitələrinə malik olmadığını deyib.
    Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Levon Mnatsakanyan bu səbəbdən Azərbaycan ordusunun hazırlıqlarının miqyasından xəbər tuta bilmək imkanında olmadıqlarını etiraf edib.
    “Aprel döyüşlərinə qədər müvafiq texniki vasitələr olmadığından bizim dərinliklərdə kəşfiyyat aparmaq və rəqibin planlaşdırdığı hərbi əməliyyatın miqyasını aşkara çıxarmaq imkanımız yox idi. İndi isə erməni ordusunun ön xəttdəki bölmələri müvafiq texniki vasitələrlə təchiz olunub. Bunlar zəruri dərinliklərdə kəşfiyyat aparmağa imkan verir”-general iddia edib.
    Erməni generaldan etiraf: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi...”

    Xatırladaq ki, aprel döyüşlərindəki məğlubiyyətlərə görə prezident Serj Sarkisyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandırıb. 4 general və bir neçə polkovnik, o cümlədən Baş qərargahın kəşfiyyat idarəsinin rəisi Komitas Muradyan işdən qovulub.
    Aprel döyüşlərindən sonra Ermənistan ordusunun hansı yeni kəşfiyyat vasitələri ilə təchiz olunduğu haqda məlumat yoxdur. Lakin istisna deyil ki, söhbət yeni pilotsuz uçan aparatlardan gedə bilər. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, təmas xəttindəki mövqelər gecəgörmə cihazları və videomüşahidə sistemləri ilə təchiz olunub.скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA