“Əbu Bəkr” məscidi açılacaq? – Rəsmi cavab

20 May, 2020, 16:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Əbu Bəkir” məscidində minarələrdən birinin uçma təhlükəsi var və insanların təhlükəsizliyi üçün məscidin fəaliyyəti mümkün deyil.
Hurriyyet.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bununla bağlı məsciddə araşdırma aparılır: “Araşdırmalar yekunlaşmaq üzrədir, rəylərə baxılır. Minarənin uçma təhlükəsi nəzərə alınaraq ayinlər tam dayandırılıb. Bununla bağlı fikir mübadiləsi aparılır. Pandemiya dövründə orada işlərin aparılması mümkün deyil. Məsciddə vaxtilə fəaliyyət göstərən din xadimləri və vətəndaşların bir qrupu ilə söhbətlər aparılıb”.

M.Qurbanlı qeyd edib ki, məsciddə işlər əsaslı şəkildə həyata keçirilmədən hər hansı fəaliyyətin olması mümkün deyil./azvision.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93