Əbülfəs Qarayevə qarşı kino korrupsiyası ittihamı – İLDƏ 6,5 MİLYON “YEYİNTİ”…

1 İyun, 2020, 11:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Samir Şərifov parlament tribunasından Mədəniyyət Nazirliyindəki oğurluqların mesajını necə vermişdi?..

“Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 milyon manata yaxın vəsait ayrılırdı”. Bu sözləri 2 il əvvəl maliyyə naziri Samir Şərifov Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı demişdi.

Nazir birbaşa ittiham etməsə də, dolayısı ilə kino sahəsinə ayrılan vəsaitlərin “yeyilməsi” mesajını vermişdi.

Demişdi ki, hər il ayrılan 8 milyon manat 1 milyon 500 min manata endirilib: “Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1 milyon 5 min manata kino çəkmək çətindir. Amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”, – deyə nazir qeyd etmişdi.

Samir Şərifov dolayısı ilə kino sahəsinə ayrılan milyonların hər il mənimsənildiyinə işarə etmişdi.

Düzdür, onun bu açıqlamasından sonra Əbülfəs Qarayev müxtəlif mətbuat səhifələrində palaz-palaz yazılar yazdırmaqla kino sahəsinin inkişafını sübut etməyə çalışmışdı. Bu izahatlar kino çəkilişi üçün hər il büdcədən ayrılan kifayət qədər böyük məbləğin  – 8 milyon manatın birdən-birə 6 milyon 500 min manat “qayçılanması”nın əsassız olmasını sübuta yetirmək gücündə deyildi. Çünki illik ayrılan 8 milyon manatın qarşısında ortada baxımlı filmlər demək olar ki, yox dərəcəsindədir. Belə bir halda büdcədən hər il 8 milyon manatın bu istiqamətdə xərclənməsini də hökümətdəkilər mənasız  xərclər hesab etmişdilər.

Əbülfəs Qarayevin “kino”su Mədəniyyət Nazirliyinin kabinetlərində “çəkilirdi”.  Müavini pul yığır, “otkat” alırdı. Ə.Qarayev isə özünü bütün bunlardan xəbərsiz kimi göstərməyə çalışsa da, həbsə alınan müavini Rafiq Yasin oğlu Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanovun DTX kameraları qarşısında aktyorluq etmədilər. Rayon Mədəniyyət İdarələrindən pul yığdıqlarını, “otkat” aldıqlarını gizlətmədilər…

ebulfes qarayev togrul ismyil musavatcom.png (15.97 MB)

İttihama görə Əbülfəs Qarayevin tutulan müavini və idarə rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər. Hazırda istintaq davam edir. Belə məlumatlar var ki, Əbülfəs Qarayevin kino korrupsiyası da ciddi araşdırma mövzusudur. Gələn məlumatlar onu deməyə əsas verir ki, sabiq nazir üçün həbsxana yolu artıq görünməkdədir…/musavat.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93