Əfsanəvi tabor komandiri HƏLAK OLDU

21 May, 2020, 19:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ukraynanın patrul xidməti polisinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri Sergey Qubanov Ukraynanın Luqansk vilayətində tapşırıq icra edərkən həlak olub.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Mayın 20-də Luqanşinedə tabor komandiri Sergey Qubanov həlak olub”, – deyə məlumatda bildirilib.

Qeyd edilir ki, tapşırığın icrası zamanı S.Qubanov və taborun 3 döyüşçüsü ağır qəlpə yaraları alıb. Hərbi hospitalın həkimləri onlara tibbi yardım göstərib. Onlardan yalnız S.Qubanovun həyatını xilas etmək mümkün olmayıb.

“Hər şey dünən, mayın 20-də saat 21:30 radələrində Novoaydar rayonu, Tryoxizbenka kəndi yaxınlığında baş verib”, – deyə məlumatda bildirilib.

Hazırda hadisənin başvermə şəraiti öyrənilir.

Qeyd edək ki, Sergey Qubanov hələ 2014-cü ildə – Donbasda müharibənin lap başlanğıcında qondarma “Luqansk Xalq Respublikası”nın ərazisini tərk edərək Ukraynaya xidmət etmək və ukraynalıları qorumaq yolunu seçmişdi. Onu da bildirək ki, may ayının ortalarında, Donbasda planlı təlimlər zamanı iki Ukrayna əsgərinin öldüyü açıqlanmışdı. \\Teleqraf


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93