“Əgər arxayınlaşsaq, çox ağır durumla üz-üzə qala bilərik” – DEPUTAT

6 May, 2020, 16:31
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması sahəsində əldə olunan müsbət dinamikanı qoruyub saxlamaqla bağlı vətəndaşlara çağırış edib.

Hurriyyet.org-un xəbərinə görə, o deyib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycana qonşuluqda yerləşən dövlətlərdə pandemiya tüyğan etdiyi dövrdə ölkəmizdə vəziyyət tam nəzarət altında olub.

Deputat bildirib ki, Prezident İlham Əliyevin göstəriş və birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində COVID-19 ölkədə geniş yayılmayıb: “Müvafiq qurumlar cənab Prezidentin rəhbərliyi ilə vaxtında səfərbər ola bildilər, zəruri qərarlar qəbul edildi, lazım olan bütün qabaqlayıcı addımlar atıldı. Bura bütün təhsil müəssisələrində dərslərin dayandırılması, ticarət mərkəzlərinin, metronun bağlanması, Bakıya, o cümlədən digər rayon və şəhərlərə giriş-çıxışın qadağan olunması, yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxmasına qadağa qoyulması, karantin rejiminin tətbiq olunması və s. daxildir. Məqsəd isə Azərbaycan vətəndaşını bu bəladan qorumaq idi. Hesab edirəm ki, indiki mərhələdə biz buna nail olmuşuq. Verilən qərarlar və sərt nəzarət nəticəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısı alındı, yoluxan və sağalanların dinamikasında müsbət dinamika yarandı”.

Ü.Quliyev vurğulayıb ki, bundan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi qismən yumşaldıldı: “Məqsəd yenə də vətəndaşları qorumaq, onların pandemiyadan daha çox ziyan və əziyyət çəkməsinin qarşısını almaqdır. Artıq bəzi iş yerlərinin fəaliyyəti bərpa olunub, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında mayın 4-dən küçəyə çıxmaq qadağsı ləğv olunub, dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa edilib, rayonlarda restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa edilib”.

Deputat hesab edir ki, amma indiki vəziyyət insanlarda arxayınlıq yaratmamlıddır: “Koronavirusla bağlı qazandığımız nailiyyəti, müsbət dinamikanı qoruyub saxlamaq məsələsi bizim hər birimizdən asılıdır, burada bütün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. İnsanlarımız yenə də qaydalara ciddi şəkildə əməl etməlidirlər, zərurət olmadan evdən çıxmamlıdırlar, küçəyə çıxanda tibbi maska taxmalıdırlar, spirtdən istifadə etməlidirlər, əllərini tez-tez yumalıdırlar, sosial məsafə saxlamalıdırlar, insanların sıx toplaşdıqları yerlərə getməməlidirlər. Mən bir deputat kimi vətəndaşlarımızdan xahiş edirəm arxayınlaşmasınlar, ayıq-sayıq olsunlar. Əks halda çox ağır durumla üz-üzə qala bilərik. Karantin rejimi yumşaldılandan sonra koronavirusa yoluxanların sayında qeydə alınan artım bunu deməyə əsas verir. Bilirəm, vəziyyətə dözmək, günlərlə evdən çıxmamaq çox çətindi. İndi hamımız eyni durumdayıq. Amma unutmamlıyıq ki, bu kefdən verilmiş bir qərar deyil, zərurətdən atılan addımdır. Məqsəd də bizi bəladan qorumaqdır. Gəlin qaydalara əməl etməklə bizi qoruyanlara dəstək olaq”. /report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93