“Əgər pandemiya imkan versə, təmas xəttində gərginlik azalsa payızda görüş olacaq…” – RUSİYA XİN-DƏKİ MƏNBƏ

2

Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyətə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri və münaqişə tərəflərinin xarici işlər nazirlərinin iştirakı ilə 3+2 formatında görüş baş tuta bilər.

Bu haqda Rusiya XİN-dəki mənbə RİA Novosti-yə bildirib. Mənbənin sözlərinə görə, belə görüş payızın əvvəllərində nəzərdə tutulur. Əgər iki ölkə arasında situasiya və koronavirus pandemiyasının dinamikası buna imkan yaratsa.

Mənbə əlavə edib ki, hazırda Minsk Qrupu çərçivəsində təmaslar daimi rejimdə davam edir, həmsədrlərr hər gün təmasda olurlar.

“İndi başlıca vəzifə  Ermənistanla Azərbaycan sərhədində baş verənlərdən sonra kifayət qədər gərgin olan situasiyanı yumşaltmaq, Minsk Qrupu çərçivəsində diplomaik həll yolunun axtarışını fəallaşdırmaqdır”,-mənbə deyib. O, qeyd edib ki, görüş yeri hələ müəyyən deyil, amma o “istənilən yerdə” baş tuta bilər./virtualaz.org/