Əhməd Obalı: “Sevinc Osmanqızı etikanın, əxlaqın ziddinə mənim səsimi…” – VİDEO

0

GünazTV rəhbəri  Sevinc Osmanqızına cavab verdi, onu ermənilərə dəstəkdə suçladı və göndərdiyi səs yazısının sirrini açdı

Sevinc Osmanqızı son vaxtlar erməniləri dəstəkləyən, qarşıdurmaların baş verməsində Azərbaycanı, rəsmi Bakını günahlandıran açıqlamalarla çıxış edir. 

Musavat.com xəbər verir ki, o, azərbaycanlıların dünyanın müxtəlif ölkələrində ayağa qalxaraq erməni təcavüzkarlığına qarşı etiraz aksiyaları keçirməsi və ermənilərin provokasiyarına cavab verməsini yanlış addım kimi qələmə verir.

Şəhid Osman Mirzəyevin qızı olan jurnalistin bu fikirləri təkcə həmvətənlərimiz deyil, Güney azərbaycanlılar tərəfindən də qəzəblə qarşılanıb.

Belə ki, Güney Azərbaycan türklərinin liderlərindən biri, GünazTV-nin sahibi, ABŞ-ın Çikaqo şəhərində yaşayan Əhməd Obalı Sevinc Osmanqızını məlum çıxışına görə qınayıb, öz “Youtube” kanalı vasitəsilə erməni vəhşiliyinə haqq qazandıran şəhid qızına tutarlı cavab verib.

Əhməd Obalı öz çıxışında bir məqama da toxunub.

Sevinc Osmanqızının “…etikadan, əxlaqdan kənar” onun səsini montaj edərək, özü istədiyi şəkildə efirə verməsini kəskin şəkildə qınayıb. O deyib ki, Sevinc Osmanqızına məlum çıxışından sonra zəng edib, lakin telefonu bağlı olduğu üçün “whatsapp”la səs göndərib. Ə. Obalı öz çıxışında həmin səs yazısını da səsləndirib. Məlum olur ki, orada o, Sevinc Osmanqızına efirə verdiyi çıxışı ilə bağlı fikir bildirir. Sakit, mədəni, lakin tənqidi. Və həmin çıxışın ermənilərin xeyrinə olduğunu qeyd edərək onun efirdən qaldırılmasını xahiş edir.

Sözügedən videonu təqdim edirik: