Əlcəzair səfiri Naxçıvanla əlaqələrin inkişafını müzakirə edib FOTO

17

Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Səfirlikdən Musavat.com-a verilən məlumata görə, əvvəlcə B.Hacıyev səfirə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və Səlimə Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib.

Daha sonra B.Hacıyev Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib.

Daimi nümayəndəliyin rəhbəri Qarabağ məsələsinə də toxunub və ermənilərin tarixi Azərbaycan torpaqlarının işğal etməsi məsələsini vurğulayıb.

Səfir isə öz növbəsində Naxçıvan Muxtar Respublikası haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.

Musavat.com