Əlləri bir-birinə bağlı intihar etdilər – Evlənmələrinə icazə verilmədiyi üçün…

1
İranın Huzistan əyalətində dəhşətli hadisə baş verib.

İranın Huzistan əyalətində bir-birini sevən 22 yaşlı Behzat və 18 yaşlı Zeynəb ailələri evlənmələrinə icazə vermədiyi üçün intihar ediblər. Cütlük Məscid-i Süleyman şəhərində yerləşən Qudar çayında əllərini bir-birinə bağlayaraq suya atılıblar. İran qızılayının Məscid-i Süleyman Müdürü Hüseyin Molyi hadisə barədə açıqlama verərək iki gəncin özlərini birlikdə çaya atdıqlarını, kənd camaatının onları xilas etmək istəməsinə baxmayaraq vəfat etdiklərini deyib. Cütlüyün qohumlarının dediyinə görə gənclərin ailsə qurmasına valideynləri qarşı çıxıb. Hadisə barədə sonradan xəbər tutan ailələr isə ağır sarsıntı keçiriblər./olke.az/

Evlenmelerine izin verilmediği için birlikte intihar eden gençler elleri bağlı halde bulundu