“Ərdoğan müstəqil addımlar atdığını dünyaya göstərdi” – RUSİYADAN AÇIQLAMA

3

Hurriyyet.org xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Beynəlxalq Problemlər şöbəsinin müdir müavini İrina Zvyagelskaya “Primakov mühazirələri” tədbirindəki çıxışında deyib: “S-400-lərin alınması Türkiyə üçün təkcə milli təhlükəsizliyin gücləndirilməsi baxımından deyil, siyasi baxımdan da çox mühüm idi. Çünki NATO-nun cənub qanadı olan Türkiyənin və ABŞ-la olduqça gərgin münasibətlərə malik Ərdoğanın NATO üzvlüyü ilə bağlı öhdəliklərinə rəğmən, ciddi qərarlar verə biləcəyini göstərməsi lazım idi. Lakin bundan nə vaxtsa Türkiyənin NATO-dakı varlığınının müzakirəyə çıxarılacağı nəticəsinə gələ bilmərik. NATO üzvlüyü bütün hallarda Türkiyənin prioriteti olacaqdır.

Prezident Ərdoğanın ABŞ-a rəğmən S-400 sistemlərini almış olması, ABŞ-ın tələblərinə əks istiqamətdə hrəkət eləməsi Türkiyə liderinin hər zaman üstünlük verdiyi müstəqilliyini göstərməsi üçün kifayətdir”.

Hurriyyet.org