Ərdoğandan böyük oyunu pozacaq həmlə: “İntiqam almağa başlayıb”

3

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sevr müqaviləsindən bir əsr sonra intiqam almağa başlayıb”.

Hurriyyet.org xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetində dərc olunan məqalədə bildirilib. Məqalədə qeyd edilib ki, Ərdoğan və Liviya Baş naziri Fəyaz əs-Sərrac Şimali Afrika və Aralıq dənizindəki strateji oyunu dəyişdirə bilmək üçün böyük bir anlaşma imzalamağa hazırlaşır. Bunun üçün Dolmabağça Sarayının ideal bir məkan olduğu, burada Ərdoğan və Serracın ötən ilin noyabr və fevral aylarında məlum anlaşma ilə əlaqədar dörd dəfə görüşdüyü vurğulanıb.

Məqalədə vurğulanıb ki, Sərrac hökuməti Liviya ordusuna hərbi yardım qarşılığında Ankaranın Aralıq dənizinin şərqindəki fəaliyyətlərinə razı olub: “Ərdoğan ötən il dekabrın 16-da Dolmabağçada Sərracla ikinci görüşdən sonra “Bu hərbi və enerji anlaşması sayəsində Sevr müqaviləsini pozduq” açıqlamasını verib”.

Məqalədə Avropa İttifaqı və ABŞ-ın Suriyada İŞİD-lə mübarizə adı altında YPK/PKK terror təşkilatlarına dəstək verildiyi də diqqətə çatdırılıb: “2016-cı il iyulun 15-də uğursuz çevriliş (FETÖ) cəhdindən sonra Türkiyə-Suriya sərhədlərində PKK-ya qarşı intensiv mübarizə başladı. Ərdoğan bu cəhdlərdən sonra yeni “Sevr tələsi”nə düşməmək üçün qaçır”.

Məqalədə Ayasofya məscidinin ibadətə açılması tarixinin təsadüfi seçilmədiyi, 24 iyul tarixinin Lozanna müqaviləsinin 97-ci ildönümü olduğu diqqətə çatdırılıb.

Hurriyyet.org