“Əskinaslar vә sikkәlәrin məbləği ilk dəfə olaraq devalvasiyadan əvvəlki səviyyəyə yaxınlaşıb” – SAMİR ƏLİYEV

30 Aprel, 2020, 18:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Ötən il dövriyyәdә olan әskinaslar vә sikkәlәrin məbləği ilk dəfə olaraq devalvasiyadan əvvəlki səviyyəyə yaxınlaşıb. Mərkəzi Bankın məlumatına görə, əskinaslar və sikklərin dəyəri 2019-cu ildə 10,4 milyard manat olub. 2014-cü ildə bu göstərici 10,8 milyard manat olub”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev qeyd edib.

S. Əliyev xatırladıb ki, devalvasiya ili (2015) pulun nominal ifadədə dəyəri birdən-birə 5,4 milyard manata düşmüşdü: “Həmin dövrdə Mərkəzi Bank yükək inflyasiya  və valyuta bazarına təzyiqi azaltmaq üçün monetar daralmaya gedərək, pul kütləsini sıxmağa başladı. Sonrakı illərdə tədricən artım siyasəti yürüdüb və ən nəhayət ötən il devalvasiyadan əvvəlki səviyyəyə çatdırıb. Aşağıdakı qrafikdə  tendensiyanı görmək olar”.

Şamo EMİN, Hurriyyet.org

Samir Aliyev adlı şəxsin şəkli.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93