“1000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılmışdır” – SİYƏZƏN RAYON İCRA HAKİMİYYƏTİ

11

“Siyəzən şəhərinin sakinlərinin mənzil ehtiyacını qarşılamaq üçün rayonda Tofiq İsmayılov küçəsində çoxmərtəbəli yaşayış binası və rayonda turizm potensialının yüksəlməsi və artan təlabata uyğun olaraq rayona gələn turistlərin rahatlığını təmin etmək məqsədilə Babək küçəsində 4 mərtəbəli otelin inşası davam etdirilir”

Bunu Hurriyyet.org-a Siyəzən Rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, yeni tikilən məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılıbdır:

“Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğı nəticəsində Siyəzən rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir.

Belə ki, 2020-2021-ci tədris ilinin başlanması ərəfəsində Siyəzən şəhərində yerləşən Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəb binası istismara yararsız olduğundan sökülmüş, 1000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılmışdır.

Sinif otaqları, dəhliz və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsində yenidən qurulub, bütün lazımi avadanlıqlarla təchiz ediləcəkdir. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılacaqdır.

Rayon İcra Hakimiyyəti başçısı cənab Novruz Novruzovun tapşırığı əsasında rayonda idmanın inkişaf etdirilməsi və kütləviliyinin artırılması, rayon gənclərinin idmana həvəsləndirilməsi, onların sağlam həyat tərzi sürmələri, potensiallarının üzə çıxarılması və idmanla sərbəst məşğul olmaları üçün Siyəzən rayonu, Babək küçəsində Fiziki Tərbiyə Mərkəzi inşa olunur. Bunun nəticəsində insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılacaqdır.

Siyəzən rayonunda aparılan tikinti-quruculuq işlərinə ən bariz nümunələrinə bir neçə misal çəkmək olar. Belə ki Siyəzən şəhərinin sakinlərinin mənzil ehtiyacını qarşılamaq üçün rayonda Tofiq İsmayılov küçəsində çoxmərtəbəli yaşayış binası və rayonda turizm potensialının yüksəlməsi və artan təlabata uyğun olaraq rayona gələn turistlərin rahatlığını təmin etmək məqsədilə Babək küçəsində 4 mərtəbəli otelin inşası davam etdirilir.

Siyəzən rayonunda sosial-iqtisadi inkişafı istiqamətində aparılan işlər fasiləsiz olaraq davam etdirilir”.

Hurriyyet.org